Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İTV Yayım Şurasının yeni üzvlüyünə namizədlərin siyahısı parlamentə göndərilib

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidİş adamı
İş adamı - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 29 may 2021-ci il tarixində başa çatıb.
BAKI, 6 oktyabr — Sputnik. Oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılacaq.
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 29 may 2021-ci il tarixində başa çatıb.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ülviyyə Süleyman qızı ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərəngiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüblər.
İclasda Qənirə Paşayeva vurğulayıb ki, "İctimai televiziya və radio yayımı haqqında" Qanuna uyğun olaraq, həmin qurumların irəli sürdüyü namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, qarşıdakı müddətə yeni şəxslər təsdiqlənməlidir.
Sonra Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, deputat Nizami Cəfərov müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini səsləndiriblər, ölkəmizdə televiziya məkanındakı durumla bağlı öz fikirlərini bölüşüblər.
Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Mixail Zabelin və Ülviyyə Həmzəyeva iştirak ediblər.
Xəbər lenti
0