https://sputnik.az/20211006/sumqayitda-muveqqeti-baxilmasi-ucun-qonsuya-verilen-azyaslinin-valideynleri-tapilib-433946355.html
Sumqayıtda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb
Sumqayıtda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb
Sputnik Azərbaycan
Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T18:35+0400
2021-10-06T18:35+0400
2021-10-06T18:36+0400
sumqayıt
azərbaycan xəbərləri
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/42164/54/421645454_0:0:2752:1549_1920x0_80_0_0_fcd06a1cc10c5b739482c3f0bff757d4.jpg
BAKI, 6 oktyabr — Sputnik. Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib.Dövlət Komitəsinə dəvət olunan valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.Dövlət Komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb.Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək."Hətta azyaşlı atasına təhvil verilsə də, ailə Dövlət Komitəsinin nəzarətində olacaq. Ümid edirik ki, gələcəkdə bu kimi hallar baş verməyəcək".Xatırladaq ki, bir neçə gün öncə 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. Məsələ ilə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparırdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42164/54/421645454_21:0:2752:2048_1920x0_80_0_0_bf1011476c84296f583060c697b03512.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sumqayıt, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
sumqayıt, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Sumqayıtda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb
18:35 06.10.2021 (Yenilənib: 18:36 06.10.2021) Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək.
BAKI, 6 oktyabr — Sputnik. Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib.
Dövlət Komitəsinə dəvət olunan valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.
Dövlət Komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb.
Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək.
"Hətta azyaşlı atasına təhvil verilsə də, ailə Dövlət Komitəsinin nəzarətində olacaq. Ümid edirik ki, gələcəkdə bu kimi hallar baş verməyəcək".
Xatırladaq ki, bir neçə gün öncə 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. Məsələ ilə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparırdı.