https://sputnik.az/20211006/sosial-sahibkarliqla-elaqedar-qanun-layihesi-hazirlanacaq-433943027.html
Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq
Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq
Sputnik Azərbaycan
Dövlət Məşğulluq Agentliyində keçirilən görüşdə layihənin hazırlanması məqsədilə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T23:30+0400
2021-10-06T23:30+0400
2021-10-06T23:30+0400
sosial
cəmiyyət
dövlət məşğulluq agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0c/427194983_0:213:2048:1365_1920x0_80_0_0_07bbb11cc5668d9c994424f49ba35525.jpg
BAKI, 6 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib.Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, həmin sahənin ölkədəki inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.Eyni zamanda, görüş çərçivəsində sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0c/427194983_62:0:1882:1365_1920x0_80_0_0_9e3785a889115f8730c35862c7c8c79f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sosial, dövlət məşğulluq agentliyi
sosial, dövlət məşğulluq agentliyi
Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq
Dövlət Məşğulluq Agentliyində keçirilən görüşdə layihənin hazırlanması məqsədilə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.
BAKI, 6 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib.
Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.
Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, həmin sahənin ölkədəki inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali qruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.
Eyni zamanda, görüş çərçivəsində sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.