https://sputnik.az/20211006/paytaxtda-mehmanxanalardan-birinin-fealiyyeti-dayandirilib---sebeb-covid-deyil-433935328.html
Paytaxtda mehmanxanalardan birinin fəaliyyəti dayandırılıb - səbəb COVID deyil
Paytaxtda mehmanxanalardan birinin fəaliyyəti dayandırılıb - səbəb COVID deyil
Sputnik Azərbaycan
Mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T14:15+0400
2021-10-06T14:15+0400
2021-10-06T14:15+0400
hotel
hadisə
yanğın
təhlükəsizlik
fhn
mehmanxana
https://cdnn1.img.sputnik.az/img/07e4/09/02/424829619_0:0:3073:1728_1920x0_80_0_0_bf65ab9f1a8f90f1e4ca746b19708b3f.jpg
BAKI, 6 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Xətai rayonundakı mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunub.FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, mərtəbələrdə quraşdırılan daxili yanğın kranlarının bir neçəsi şlanq və lülələrlə komplektləşdirilməyib, yanğın xətlərinin təzyiqli su ilə qidalanması təmin edilməyib. Eləcə də obyektdə quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tələb olunan səviyyədə fəaliyyət göstərməsi təmin olunmayıb. Həmçinin taxta konstruksiyalara odadavamlı məhlul hopdurulması həyata keçirilməyib. Habelə təxliyə qapılarının qaydalara uyğun işlək vəziyyəti təmin olunmayıb. Bundan əlavə, təxliyə yolları hərəkətə maneə törədən əşyalarla tutulub və işıqlandırılan istiqamətverici nişanların qaydalara uyğun quraşdırılması təmin edilməyib. Həmçinin yanğın zamanı insanların təhlükəsiz şəraitdə təxliyəsi üçün obyektin bayır hissəsində mövcud təxliyə pilləkəni yanğına qarşı norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb. Bundan başqa, elektrik naqilləri "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"na uyğun quraşdırılmayıb, elektrik sisteminə profilaktik baxış keçirilərək yanğına qarşı vəziyyəti dəyərləndirilməyib. Mətbəxdə quraşdırılan sorucu çətir və borular yanğın əmələ gətirə biləcək yağ qalıqlarından təmizlənməyib. Mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb. Mətbəxə daxil olan qaz xətti daxili divarların üzəri ilə, yivli birləşmələrdən istifadə edilməklə çəkilib və s.Beləliklə, mövcud vəziyyətdə obyektin istismarı zamanı baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciəni qaçılmaz edəcək.Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütüN mülkiyyət növlərinin qorunması məqsədilə "Yanğın təhlükəsizliyi haqqında" qanunun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 28-ci maddəsini və "Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/02/424829619_0:0:2731:2048_1920x0_80_0_0_001b4dda7adc5a4b77f4e56eb1c87619.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hotel, yanğın, təhlükəsizlik, fhn, mehmanxana
hotel, yanğın, təhlükəsizlik, fhn, mehmanxana
Paytaxtda mehmanxanalardan birinin fəaliyyəti dayandırılıb - səbəb COVID deyil
Mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.
BAKI, 6 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Xətai rayonundakı mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunub.
FHN-in mətbuat xidmətindən
Sputnik Azərbaycan-a bildiriblər ki, mərtəbələrdə quraşdırılan daxili yanğın kranlarının bir neçəsi şlanq və lülələrlə komplektləşdirilməyib, yanğın xətlərinin təzyiqli su ilə qidalanması təmin edilməyib. Eləcə də obyektdə quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tələb olunan səviyyədə fəaliyyət göstərməsi təmin olunmayıb.
Həmçinin taxta konstruksiyalara odadavamlı məhlul hopdurulması həyata keçirilməyib. Habelə təxliyə qapılarının qaydalara uyğun işlək vəziyyəti təmin olunmayıb. Bundan əlavə, təxliyə yolları hərəkətə maneə törədən əşyalarla tutulub və işıqlandırılan istiqamətverici nişanların qaydalara uyğun quraşdırılması təmin edilməyib. Həmçinin yanğın zamanı insanların təhlükəsiz şəraitdə təxliyəsi üçün obyektin bayır hissəsində mövcud təxliyə pilləkəni yanğına qarşı norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb.
Bundan başqa, elektrik naqilləri "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"na uyğun quraşdırılmayıb, elektrik sisteminə profilaktik baxış keçirilərək yanğına qarşı vəziyyəti dəyərləndirilməyib. Mətbəxdə quraşdırılan sorucu çətir və borular yanğın əmələ gətirə biləcək yağ qalıqlarından təmizlənməyib. Mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb. Mətbəxə daxil olan qaz xətti daxili divarların üzəri ilə, yivli birləşmələrdən istifadə edilməklə çəkilib və s.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarı zamanı baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütüN mülkiyyət növlərinin qorunması məqsədilə "Yanğın təhlükəsizliyi haqqında" qanunun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 28-ci maddəsini və "Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.