https://sputnik.az/20211006/pasinyan-erdoganin-33-teklifine-munasibet-bildirdi-433960116.html
Paşinyan Ərdoğanın "3+3" təklifinə münasibət bildirdi
Paşinyan Ərdoğanın "3+3" təklifinə münasibət bildirdi
Sputnik Azərbaycan
Ermənistanın Baş nazirinin sözlərinə görə, ilk növbədə bu və digər detallara aydınlıq gətirilməlidir. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T22:35+0400
2021-10-06T22:35+0400
2021-10-07T10:10+0400
bakı
siyasət
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan
rəcəb tayyip ərdoğan
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0e/426695909_301:0:1305:565_1920x0_80_0_0_c1352b517d461ab79b36bd6c96dab2ac.jpg
BAKI, 6 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan regional əməkdaşlıqla bağlı "3+3" formatına parlament tribunasından münasibət bildirib. Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, Paşinyan deyib ki, Ermənistan ilk növbədə konkret olaraq hansı formatdan söhbət getdiyini, bunun hansı məqsəd daşıdığını, hansı şərtlər daxilində və hansı prinsiplə işləyəcəyini anlamalıdır.Ermənistan Baş nazirinin sözlərinə görə, yalnız bu və digər detallara aydınlıq gətiriləndən sonra erməni tərəfi bu məsələ ilə bağlı dəqiq mövqeyini ifadə edə bilər.Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması məsələsi müzakirə olunur."Bu kontekstdə biz "3+3" – üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu, Rusiya, İran və Türkiyə- formatının yaradılması təşəbbüsünü müzakirə etdik", - deyə Lavrov vurğulayıb.Rusiya XİN-in rəhbəri onu da qeyd edib ki, Türkiyə və Azərbaycan kimi İran da bu təşəbbüsə müsbət yanaşır.O, "Ermənistandan olan həmkarlarımızla bu məsələ üzərində işləyirik", – deyə bildirib.Lavrov Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini vurğulayıb.Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən Cənubi Qafqaz ölkələri və regionun üç qonşu dövlətinin iştirakı ilə "3+3" əməkdaşlıq formatının yaradılmasını təklif etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0e/426695909_459:0:1212:565_1920x0_80_0_0_807fa7c3ebe6f0160f6fbdedde5e2660.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, rəcəb tayyip ərdoğan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
bakı, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, rəcəb tayyip ərdoğan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Paşinyan Ərdoğanın "3+3" təklifinə münasibət bildirdi
22:35 06.10.2021 (Yenilənib: 10:10 07.10.2021) Ermənistanın Baş nazirinin sözlərinə görə, ilk növbədə bu və digər detallara aydınlıq gətirilməlidir.
BAKI, 6 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan regional əməkdaşlıqla bağlı "3+3" formatına parlament tribunasından münasibət bildirib.
Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, Paşinyan deyib ki, Ermənistan ilk növbədə konkret olaraq hansı formatdan söhbət getdiyini, bunun hansı məqsəd daşıdığını, hansı şərtlər daxilində və hansı prinsiplə işləyəcəyini anlamalıdır.
Ermənistan Baş nazirinin sözlərinə görə, yalnız bu və digər detallara aydınlıq gətiriləndən sonra erməni tərəfi bu məsələ ilə bağlı dəqiq mövqeyini ifadə edə bilər.
Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması məsələsi müzakirə olunur.
"Bu kontekstdə biz "3+3" – üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu, Rusiya, İran və Türkiyə- formatının yaradılması təşəbbüsünü müzakirə etdik", - deyə Lavrov vurğulayıb.
Rusiya XİN-in rəhbəri onu da qeyd edib ki, Türkiyə və Azərbaycan kimi İran da bu təşəbbüsə müsbət yanaşır.
O, "Ermənistandan olan həmkarlarımızla bu məsələ üzərində işləyirik", – deyə bildirib.
Lavrov Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən Cənubi Qafqaz ölkələri və regionun üç qonşu dövlətinin iştirakı ilə "3+3" əməkdaşlıq formatının yaradılmasını təklif etmişdi.