Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Azərbaycanın qeyri-neft ixracı qırx faiz artıb

© Sputnik / Murad OrujovMikayıl Cabbarov, arxiv şəkli
Mikayıl Cabbarov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Bakıda “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbir keçirilir.
BAKI, 6 oktyabr — Sputnik. Çərşənbə günü, oktyabrın 6-da Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin təşkilati dəstəyi ilə "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda tədbir keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov çıxış edərək ölkəmizdə yaşıl iqtisadiyyata keçid istiqamətində həyata keçirilən layihələr, iqlim dəyişikliyi ilə qlobal mübarizə və bu istiqamətdə ölkəmizdə atılan addımlar, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışıb.
Nazir qeyd edib ki, bu ilin sonuna qeyri-neft sektorunun 2,2 milyard dollar olacağı proqnozlaşdırılır. Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Eyni zamanda, qeyri-neft sənayesində 18,7 faiz artım olub. Doqquz ayda aktiv vergiödəyicilərinin sayında 5 faiz artım müşahidə edilib.
Tədbir panel müzakirə ilə işini davam etdirəcək. Tədbirdə "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: əsas çətinliklər və perspektivlər", "Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında kənar dövlət maliyyə nəzarəti, yaşıl iqtisadiyyata keçiddə bioloji resurslardan səmərəli istifadədə nəzarətin rolu və əhəmiyyəti və sair mövzularında müzakirələr aparılacaq.
Xəbər lenti
0