DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov və Əmirabdullahian Moskvada nələri müzakirə ediblər?

© Sputnik / POOL / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüş zamanı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüş zamanı - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
BAKI, 6 oktyabr — Sputnik. İran nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqları ən qısa zamanda bərpa etməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Moskva və Tehran Vyana formatında danışıqların ən qısa zamanda bərpasında həmfikirdirlər. Həmkarım mənə bildirdi ki, İran tərəfi buna hazırdır", - deyə nazir bildirib.

Perspektivsiz cəhdlər

Rusiya xarici işlər naziri, həmçinin bir sıra ölkələrin İranın digər məsələlərdə güzəştə getməsi ilə nüvə sazişinin saxlanılmasına dair cəhdləri perspektivsiz adlandırıb: "Bəzi ölkələrin razılaşmaya aid olmayan mövzularla bağlı İranın güzəştə gedəcəyi təqdirdə nüvə sazişini saxlamağa dair cəhdlərini biz perspektivsiz hesab edirik. Əminik ki, regiondakı vəziyyəti saziş çərçivəsində müzakirə etmək lazımdır. Hamımız bir yerdə danışıqlar masası ətrafında".

Əfqanıstan qeyri-sabitlik mənbəyi olmamalıdır

Lavrov qeyd edib ki, Moskva və Tehran Əfqanıstan rəhbərliyini terrorçuluqla güzəştsiz mübarizəyə çağırır və Əfqanıstan nizamlanması üzrə addımlarını koordinasiya etmək niyyətindədirlər: "Əfqanıstan regional və beynəlxalq qeyri-sabitlik mənbəyi olmaqdan çıxmalıdır. Yeni Əfqanıstan rəhbərliyini terrorçu qruplaşmalar, o cümlədən qanunsuz narkotik və silah qaçaqmalçılığı ilə güzəştsiz mübarizəyə çağırırıq".

"Sputnik V"-nin tədarükünə dair müqavilə

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Moskva və Tehran İslam Respublikasına koronavirus əleyhinə Rusiya vaksinlərinin tədarükü prosesinin sürətlənməsinə dair tədbirlər görmək barədə razılığa gəlib.
O, həmçinin bildirib ki, görüş zamanı "Sputnik V" vaksinlərinin İranda istehsalına başlanılması imkanlarını nəzərdən keçiriblər.
Xəbər lenti
0