Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə çörək sexi bağlandı

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidÇörəkbişirmə müəssisəsi, arxiv şəkli
Çörəkbişirmə müəssisəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Müəssisədə istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı məlum olub.
BAKI, 6 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhəri, N.Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Belə ki, müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Xəbər lenti
0