Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: Bakı və Yerevan kommunikasiyaların bərpasına can atır, Tehran isə buna mane olur

© Photo : AZALFüzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı  - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Rizvan Hüseynovun sözlərinə görə, artıq Yerevanda anlamağa başlayıblar ki, nəqliyyat infrastrukturunu bərpa etmədən regionda sülh və sabitlik olmayacaq.
BAKI, 6 oktyabr — Sputnik. Ermənistan hava məkanının Azərbaycan təyyarələrinə açılması Yerevanın da Bakı kimi nəqliyyat, o cümlədən, hava nəqliyyatı kommunikasiyalarının bərpasına can atdığını göstərir. Bunu Sputnik Azərbaycan-a Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib.
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb – ilk daxili reys Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yerinə yetirilib.
"Yerevanda anlamağa başlayıblar ki, nəqliyyat infrastrukturunu bərpa etmədən regionda sülh və sabitlik olmayacaq", – deyə Hüseynov vurğulayıb.
"Bu fonda İranın hansı formadasa Azərbaycana təzyiq göstərmək cəhdləri gülünc, boş təsir bağışlayır və ilk növbədə elə Tehranın özünə və regiondakı maraqlarına zərbə vurur".
Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov - Sputnik Azərbaycan
Rizvan Hüseynov
Qafqaz Tarixi Mərkəzinin direktoru
Hüseynovun sözlərinə görə, əgər İran özünü belə aparmağa davam etsə, regiondakı gələcək perspektivli layihələrdən kənarda qalacaq.
İran tərəfindən səmanın Azərbaycan təyyarələrinə bağlanması dostyana addım sayıla bilməz və onsuz da mürəkkəb vəziyyətdə olan Azərbaycan-İran münasibətlərini bir az da çətinləşdirir. Çünki qapalı marşrut Bakı üçün prioritet sayılmır və ekspertin sözlərinə görə, bunu da İranın Azərbaycanla sərhəddə keçirilən təlim kimi PR kampaniyası hesab etmək olar. Bununla belə, Hüseynov hesab edir ki, vəziyyətin gərginləşməsi riski hələ də mövcuddur.
Посол Израиля в Москве Александр Бен Цви - Sputnik Azərbaycan, 1920, 05.10.2021
SİYASƏT
Səfir: Qarabağda İsrail hərbçiləri yoxdur
"Azərbaycan və bizə qardaş ölkələr – Türkiyə və Pakistan hadisələrin istənilən şəkildə inkişafına hazırdır. İnanmıram ki, İran Azərbaycana qarşı hərbi-siyasi təxribata getməyi özünə rəva bilsin. Ancaq Bakı hər bir halda bu gedişə hazırdır", – deyə Hüseynov vurğulayıb.
"İran əvvəlki kimi Ermənistanı dəstəkləyir. Hazırda Yerevan Tehrandan birbaşa diplomatik, eləcə də, hərbi-siyasi dəstək alır. Və bütün bunlar Rusiyanın neytrallığı fonunda baş verir. Odur ki, İranın özünü belə aparması ikiqat təəccüb doğurur", – deyə ekspert fikirlərinə yekun vurub.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
Bu barədə AZAL məlumat yayıb. Məlumatda bildirilir ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasında qətiyyətini nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
"Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.
Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə məlumatda qeyd olunub.
Xəbər lenti
0