CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət xidməti: Bakıdan Naxçıvana gedən avtobuslar İran ərazisindən keçir

© pixabay / tayguntoprakYolda avtobus, arxiv şəkli
Yolda avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Azərbaycan Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin mətbuat katibi bildirib ki, Biləsuvar gömrük-keçid məntəqəsində hətta pəyvənd pasportu olan sərnişinlər belə PZR testi verməlidirlər.
BAKI, 6 oktyabr — Sputnik. Bakı-Naxçıvan marşrutu üzrə və əks istiqamətdə hərəkət edən avtobuslar keçid üçün İran ərazisindən istifadəni davam etdirir. Bunu Sputnik Azərbaycan-a Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin mətbuat-katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, Bakı-Naxçıvan marşrutu üzrə gündəlik iki avtobus hərəkət edir.
"Biləsuvar gömrük-keçid məntəqəsində hətta pəyvənd pasportu olan sərnişinlər belə PZR testi verməlidirlər. Çünki peyvənd pasportu şəxsin koronavirusa yoluxmadığına zəmanət vermir. Azərbaycan vətəndaşları üçün test pulsuzdur", – deyə dövlət xidmətinin təmisilçisi vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl İran Azərbaycandan hərbi yüklü təyyarələrin Naxçıvana uçuşuna qadağa qoyub.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
AZAL-ın bununla bağlı yaydığı məlumatda bildirilir ki, sözügedən addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının bərpasına dair qətiyyətini nümayiş etdirir və bütün sərhəd dövlətlərinin maraqlarına cavab verir.
"Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla, bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə məlumatda qeyd olunub.
Xəbər lenti
0