CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Brilliant Dadaşovanın bacısı oğlu narkotikə görə həbs edildi

© © Xalq artisti Brilliant Dadaşovanın mətbuat xidmətiXalq artisti Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunan Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib
BAKI, 6 oktyabr — Sputnik. Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu həbs edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunan Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.
Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər lenti
0