https://sputnik.az/20211006/bayil-yamacinda-surusme-aktivlesecek-433946553.html
Bayıl yamacında sürüşmə aktivləşəcək?
Bayıl yamacında sürüşmə aktivləşəcək?
Sputnik Azərbaycan
Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsi gözləniləndir. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T19:40+0400
2021-10-06T19:40+0400
2021-10-06T19:40+0400
sürüşmə
azərbaycan xəbərləri
amea
bayıl yamacı
bayıl
bayıl yaşayış sahəsi
https://cdnn1.img.sputnik.az/img/42300/29/423002999_0:177:3073:1905_1920x0_80_0_0_7d910a59da74984339cf0f9e6d166149.jpg
BAKI, 6 oktyabr — Sputnik. Bayıl aktiv sürüşmə zonasında gözlənilən sürüşmələrin baş verməsinin qarşısını almaq üçün aparılan qabaqlayıcı tədbirlər görülür. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov bildirib.O deyib ki, payız-qış aylarında yağıntılar zamanı sürüşməni aktivləşdirən yeraltı suların çıxması üçün süxurlararası istinad divarları arasında drenaj sistemi qurulur ki, bu da gələcəkdə baş verə biləcək sürüşmələrin idarə olunması üçün əhəmiyyətli qabaqlayıcı tədbir rolunu oynayır: "Bu təbiət hadisəsinin qarşısının alınması üçün həmin tədbirin fəal olaraq həyata keçirilməsi vacibdir. Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsi gözləniləndir. Bu, istinin təsirindən süxurlarda çatların yaranması, yağıntılar zamanı həmin çatlara suların yığılmasına görə yeraltı suların aktivləşməsi ilə əlaqəlidir".M.İsmayılov bildirib ki, tədqiqatlar zamanı Lahıc zonası, Şamaxı ərazisi, Talış dağlarının orta dağlıq hissəsi, Cəlilabaddan Yardımlıya çəkilən yeni yol ərazisi və sairdə belə çatlara kifayət qədər rast gəlinir:"Bakı ərazisində Yeni Günəşlinin Zığ tərəfə baxan yamacı sürüşmə baxımından çox təhlükəlidir. Hətta asfalt üzərində aydın görünən çatlar burada sürüşmənin baş verə biləcəyindən xəbər verir. Amma nə üçünsə, ətrafda tikinti aparılmasına baxmayaraq nə icra, nə də digər əlaqədar qurumların nümayəndələri həmin fəsadları görsələr də, uyğun tədbirlər aparılmır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42300/29/423002999_0:0:2731:2048_1920x0_80_0_0_87aee64ee49038169c9550d5360ff8d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sürüşmə, amea, bayıl yamacı, bayıl, bayıl yaşayış sahəsi
sürüşmə, amea, bayıl yamacı, bayıl, bayıl yaşayış sahəsi
Bayıl yamacında sürüşmə aktivləşəcək?
Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsi gözləniləndir.
BAKI, 6 oktyabr — Sputnik. Bayıl aktiv sürüşmə zonasında gözlənilən sürüşmələrin baş verməsinin qarşısını almaq üçün aparılan qabaqlayıcı tədbirlər görülür. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov bildirib.
O deyib ki, payız-qış aylarında yağıntılar zamanı sürüşməni aktivləşdirən yeraltı suların çıxması üçün süxurlararası istinad divarları arasında drenaj sistemi qurulur ki, bu da gələcəkdə baş verə biləcək sürüşmələrin idarə olunması üçün əhəmiyyətli qabaqlayıcı tədbir rolunu oynayır:
"Bu təbiət hadisəsinin qarşısının alınması üçün həmin tədbirin fəal olaraq həyata keçirilməsi vacibdir. Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsi gözləniləndir. Bu, istinin təsirindən süxurlarda çatların yaranması, yağıntılar zamanı həmin çatlara suların yığılmasına görə yeraltı suların aktivləşməsi ilə əlaqəlidir".
M.İsmayılov bildirib ki, tədqiqatlar zamanı Lahıc zonası, Şamaxı ərazisi, Talış dağlarının orta dağlıq hissəsi, Cəlilabaddan Yardımlıya çəkilən yeni yol ərazisi və sairdə belə çatlara kifayət qədər rast gəlinir:
"Bakı ərazisində Yeni Günəşlinin Zığ tərəfə baxan yamacı sürüşmə baxımından çox təhlükəlidir. Hətta asfalt üzərində aydın görünən çatlar burada sürüşmənin baş verə biləcəyindən xəbər verir. Amma nə üçünsə, ətrafda tikinti aparılmasına baxmayaraq nə icra, nə də digər əlaqədar qurumların nümayəndələri həmin fəsadları görsələr də, uyğun tədbirlər aparılmır".