https://sputnik.az/20211006/azerbaycandan-turkiyeye-heyvan-mehsullari-apara-bilersiniz---mehdudiyyet-legv-edildi-433948684.html
Azərbaycandan Türkiyəyə heyvan məhsulları apara bilərsiniz - Məhdudiyyət ləğv edildi
Azərbaycandan Türkiyəyə heyvan məhsulları apara bilərsiniz - Məhdudiyyət ləğv edildi
Sputnik Azərbaycan
2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T20:30+0400
2021-10-06T20:30+0400
2021-10-06T20:30+0400
heyvan
azərbaycan xəbərləri
türkiyə
aqta
https://cdnn1.img.sputnik.az/img/42330/17/423301738_0:0:3072:1728_1920x0_80_0_0_cf3cbea5ecf54c7816381b1a8937807d.jpg
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.AQTA ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə xəstəliklə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, görülən tədbirlər sayəsində xəstəliyin 2014-cü ilin noyabr ayından sonra ləğv edildiyi və həmin tarixdən respublikamızda nodulyar dermatit xəstəliyinə rast gəlinmədiyi qardaş ölkənin nümayəndə heyətinin diqqətinə çatdırılıb.Xatırladaq ki, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb. Heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib. Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur. Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir. Bununla bağlı ölkəmizin üzv olduğu OIE-nin müvafiq tələblərinə əsasən, xəstəlik aşkarlanandan dərhal sonra xəstəlik ocaqlarının ləğv olunması və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb, epizootik sağlamlıq statusu bərpa olunanadək həmin təşkilata dövri olaraq məlumatlar təqdim edilib. Sözügedən xəstəliyin digər ölkələrə keçməsinin qarşısının alınması məqsədilə, OIE-nin tələblərinə uyğun olaraq, Azərbaycan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar məhdudiyyətlər siyahısına salınmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/17/423301738_195:0:2926:2048_1920x0_80_0_0_906313e58ceac67d81744dd413c3551c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
heyvan, türkiyə, aqta
Azərbaycandan Türkiyəyə heyvan məhsulları apara bilərsiniz - Məhdudiyyət ləğv edildi
2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
AQTA ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə xəstəliklə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, görülən tədbirlər sayəsində xəstəliyin 2014-cü ilin noyabr ayından sonra ləğv edildiyi və həmin tarixdən respublikamızda nodulyar dermatit xəstəliyinə rast gəlinmədiyi qardaş ölkənin nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb. Heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib.
Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur.
Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir.
Bununla bağlı ölkəmizin üzv olduğu OIE-nin müvafiq tələblərinə əsasən, xəstəlik aşkarlanandan dərhal sonra xəstəlik ocaqlarının ləğv olunması və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb, epizootik sağlamlıq statusu bərpa olunanadək həmin təşkilata dövri olaraq məlumatlar təqdim edilib.
Sözügedən xəstəliyin digər ölkələrə keçməsinin qarşısının alınması məqsədilə, OIE-nin tələblərinə uyğun olaraq, Azərbaycan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar məhdudiyyətlər siyahısına salınmışdı.