Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda ilk dəfə: Kürdəmirdə nar sərgi-satış yarmarkası keçirildi

© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
BAKI, 6 oktyabr — Sputnik. Kürdəmirdə nar sərgi-satış yarmarkası keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak ediblər. Onlar öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı əldə ediblər.
© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Kürdəmirdə nar sərgi-satış yarmarkası
Nar sərgi-satış yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Meyvələrin xarici görünüşünə əsasən ən yüksək keyfiyyətli məhsul istehsal edən üç qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci, sabirabadlı fermer Polad Qasımov 3-cü yerə layiq görülüblər. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.
© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Kürdəmirdə nar sərgi-satış yarmarkası
Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı əldə ediblər. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xidmətlərindən pulsuz yararlanıblar. Yarmarka çərçivəsində narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı fermerlərə seminar keçirilib.
© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Kürdəmirdə nar sərgi-satış yarmarkası
Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Nar sərgi-satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
0