Нефтяные качалки, фото из архива - Sputnik Azərbaycan, 1920
NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti son iki ilin rekordunu yeniləyib

© AP Photo / Matthew BrownNeft buruqları, arxiv şəkli
Neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesidir.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 1,59 dollar və ya 1,9% artaraq 85,15 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il oktyabrın 5-də (83,56) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.
Bu ilin yanvar-sentyabr aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 68,27 dollar təşkil edib ki, bu da illik müqayisədə 25,09 dollar və ya 58,1% çoxdur.
Azərbaycan noyabrda OPEC+ üzrə gündəlik neft hasilatının 400 min barrel artırılmasını dəstəkləyib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала