CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbayanda əlamətdar günlər təqviminə dəyişiklik edilir

© Sputnik / Murad OrujovDövlət Bayrağı meydanı
Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Milli Məclisə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, "Müstəqillik Günü haqqında" qanun layihəsində bildirilib.
Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü elan ediləcək. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.
Qeyd edək ki, indiyədək mayın 28-i Respublika Günü və oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.
Xəbər lenti
0