NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiyməti 1600 dolları keçdi, beş ölkə araşdırma tələb etdi

© 112.uaqaz boru kəməri
qaz boru kəməri - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Məlumatlara görə, hazırda Avropadakı qaz anbarlarında ehtiyatların həcmi uzun illər ərzində ən aşağı səviyyədədir.
BAKI, 6 oktyabr — Sputnik. Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 1600 dolları keçib.
Sputnik Azərbaycan xəbər verir ki, ticarətin açılmasından bir neçə dəqiqə sonra Hollandiya birjasında noyabr fyuçersləri 1596,8 dollara qalxıb və sonra 1607,2 dollara çatıb. Bu, 15,5 faiz artım deməkdir.
Hərracda əvvəlki rekord bir gün əvvəl qeydə alınıb - qiymətlər 1456,8 dollara qalxsa da, bağlanışda bir qədər aşağı düşərək 1417,7 dollara düşüb.
Qeyd edək ki, məlumatlara görə, hazırda Avropadakı qaz anbarlarında ehtiyatların həcmi uzun illər ərzində ən aşağı səviyyədədir. Bundan əlavə, Avropada enerji kömürünün bir tonunun qiyməti də 232 dolları ötüb. Bu, son 20 ilin rekord göstəricisidir.
Avropa İttifaqının beş ölkəsi – Fransa, İspaniya, Çexiya, Rumıniya və Yunanıstan – regionda qazın qiymətinin kəskin artması ilə bağlı araşdırma aparmağa səsləyib. İqtisadiyyat və maliyyə nazirlərinin birgə bəyanatının mətni Fransanın İqtisadiyyat Nazirliyinin saytında dərc olunub.
Sənəddə bildirilir ki, “cari qaz müqavilələrinin niyə kifayət etmədiyini bilmək üçün Avropa qaz bazarının işini araşdırmaq vacibdir”.
Bundan başqa, təşəbbüsün müəllifləri qiymətlərin tənzimlənməsi üçün qaz ehtiyatlarının həcmi barədə ümumi qaydaların qoyulmasına, eləcə də tədarük zamanı koordinasiyanı artırmağa çağırıblar.
Xəbər lenti
0