https://sputnik.az/20211006/alimler-hipertoniyanin-gozlenilmez-neticelerini-askar-edibler-433925010.html
Alimlər hipertoniyanın gözlənilməz nəticələrini aşkar ediblər
Alimlər hipertoniyanın gözlənilməz nəticələrini aşkar ediblər
Sputnik Azərbaycan
Hipertoniyaya səbəb olan məhsullara tərkibində çoxlu miqdarda duz olan yarımfabrikatlar, yağ olan sosiskalar və kolbasa daxildir. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T08:36+0400
2021-10-06T08:36+0400
2021-10-06T10:04+0400
səhiyyə
beyin
yaşlı insan
hipertoniya
tədqiqat
qan təzyiqi
https://cdnn1.img.sputnik.az/img/42178/51/421785192_0:160:3073:1888_1920x0_80_0_0_3fd4b0dba3e464ae6abacdbc6fa0f6d2.jpg
BAKI, 6 oktyabr — Sputnik. Avstraliya və Çin alimlərinin apardığı araşdırma hipertoniyanın gözlənilməz nəticələrini aşkar edib. Rusiya KİV-lərinin məlumatına görə, tədqiqatmılardan ibarət qrupa Melburn Universitetinin professoru Minquan He başçılıq edib.Amerika Kardiologiya Assosiasiyasının "Hypertension" jurnalında dərc olunan hesabatında deyilir ki, erkən yaşda yüksək qan təzyiqi diaqnozu qoyulan insanların beyin quruluşunda yaşlı demensiya riskini artıran dəyişikliklər arasında əlaqə var.Mütəxəssislərin araşdırmalarına görə, hipertoniya diaqnozu qoyulan yaşlı insanların beyin ölçüləri daha kiçikdir və onlarda demensiyanın inkişaf ehtimalı daha yüksəkdir.Elmi tədqiqatın müəllifləri İngiltərə Biobankının məlumatlarına əsaslanıblar. Onların fikrincə, 55 yaşına qədər yüksək təzyiqli insanlarda beyin normal göstəricilərə nisbətən daha kiçikdir. Alimlərin qənaətinə görə, hipertoniya diaqnozu nə qədər erkən qoyularsa, beynin ölüçlərindəki bu azalma daha az olar.Beləliklə, alimlər 45-54 yaş arasında yüksək qan təzyiqi olanlarda damar demensiyasının inkişaf riskinin 45%, 35-44 yaşlı hipertoniya diaqnozlu insanlarda isə 69% daha yüksək olduğunu müəyyən ediblər.Moskva 2 saylı Müharibə Veteranları Xəstəxanasının həkim-kardioloqu Sergey İvanov hipertoniyaya səbəb olan məhsulların adlarını açıqlayıb. Onun sözlərinə görə, bu məhsullara tərkibində çoxlu miqdarda duz olan yarımfabrikatlar, yağ olan sosiskalar və kolbasa daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42178/51/421785192_170:0:2901:2048_1920x0_80_0_0_c9f5cf03129dbb05aac7460aebbb5cf8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
beyin, yaşlı insan, hipertoniya, tədqiqat, qan təzyiqi
beyin, yaşlı insan, hipertoniya, tədqiqat, qan təzyiqi
Alimlər hipertoniyanın gözlənilməz nəticələrini aşkar ediblər
08:36 06.10.2021 (Yenilənib: 10:04 06.10.2021) Hipertoniyaya səbəb olan məhsullara tərkibində çoxlu miqdarda duz olan yarımfabrikatlar, yağ olan sosiskalar və kolbasa daxildir.
BAKI, 6 oktyabr — Sputnik. Avstraliya və Çin alimlərinin apardığı araşdırma hipertoniyanın gözlənilməz nəticələrini aşkar edib.
Rusiya KİV-lərinin məlumatına görə, tədqiqatmılardan ibarət qrupa Melburn Universitetinin professoru
Minquan He başçılıq edib.
Amerika Kardiologiya Assosiasiyasının "Hypertension" jurnalında dərc olunan hesabatında deyilir ki, erkən yaşda yüksək qan təzyiqi diaqnozu qoyulan insanların beyin quruluşunda yaşlı demensiya riskini artıran dəyişikliklər arasında əlaqə var.
Mütəxəssislərin araşdırmalarına görə, hipertoniya diaqnozu qoyulan yaşlı insanların beyin ölçüləri daha kiçikdir və onlarda demensiyanın inkişaf ehtimalı daha yüksəkdir.
Elmi tədqiqatın müəllifləri İngiltərə Biobankının məlumatlarına əsaslanıblar. Onların fikrincə, 55 yaşına qədər yüksək təzyiqli insanlarda beyin normal göstəricilərə nisbətən daha kiçikdir. Alimlərin qənaətinə görə, hipertoniya diaqnozu nə qədər erkən qoyularsa, beynin ölüçlərindəki bu azalma daha az olar.
Beləliklə, alimlər 45-54 yaş arasında yüksək qan təzyiqi olanlarda damar demensiyasının inkişaf riskinin 45%, 35-44 yaşlı hipertoniya diaqnozlu insanlarda isə 69% daha yüksək olduğunu müəyyən ediblər.
Moskva 2 saylı Müharibə Veteranları Xəstəxanasının həkim-kardioloqu Sergey İvanov hipertoniyaya səbəb olan məhsulların adlarını açıqlayıb. Onun sözlərinə görə, bu məhsullara tərkibində çoxlu miqdarda duz olan yarımfabrikatlar, yağ olan sosiskalar və kolbasa daxildir.