DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın şəhər meri azərbaycanlıları təbrik edib

© AP Photo / Markus SchreiberABŞ bayrağı, arxiv şəkli
ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Roli şəhərində keçirilən anım mərasimini "beynəlxalq təmsilçiliklə böyük birlik hadisəsi" adlandıran mer tədbirdə Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşlarının, Türkiyə, Pakistan və İsrail icmalarının nümayəndələrinin iştirakına da diqqəti cəlb edib.
BAKI, 6 oktyabr — Sputnik. ABŞ-ın Şimali Karolina ştatının Apeks şəhərinin meri Jak Jilber (Jacques Gilbert) sosial media hesabında Azərbaycan icmasını təbrik edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir. Mer bildirib ki, Roli şəhərində keçirilən tədbir zamanı Azərbaycan Dostluq Təşkilatına 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bəyannaməni təqdim etdiyi üçün şərəf və qürur duyur. Qeyd edib ki, Azadlığı və Demokratiyanı Böyük Qafqazda yayan azərbaycanlılar və Amerika azərbaycanlıları Apeks şəhərində də mədəni müxtəlifliyə, zənginliyə və iqtisadi tərəqqiyə töhfələr bəxş edirlər.
Mer Azərbaycan icmasına ürək sözlərini belə ifadə edib: "Mənim ailəm – sizin ailəniz, sizin ailəniz – mənim ailəmdir".

Xəbər lenti
0