Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinə “Şərəf” ordeni təqdim olunub

© Photo : APAAzərbaycanın Xalq artisti Flora Kərimova “Şərəf” ordeni təqdim olunub.
Azərbaycanın Xalq artisti Flora Kərimova “Şərəf” ordeni təqdim olunub. - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Azərbaycan Prezidenti Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
BAKI, 5 oktyabr — Sputnik. Sentyabrın 5-də Milli İncəsənət Muzeyində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadiminin mükafatlarının təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın Xalq artisti Flora Kərimovaya “Şərəf” ordeni təqdim olunub. Mükafatı müğənniyə mədəniyyət naziri Anar Kərimov təqdim edib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev həmçinin Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Xəbər lenti
0