https://sputnik.az/20211005/xalq-artisti-vefat-edib-433886619.html
Azərbaycanın xalq artisti Gəncədə dəfn edildi
Azərbaycanın xalq artisti Gəncədə dəfn edildi
Sputnik Azərbaycan
Xalq artisti bir neçə gün öncə səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T14:29+0400
2021-10-05T14:29+0400
2021-10-05T14:29+0400
cəmiyyət
xalq artisti
gəncə
kukla teatrı
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433888001_0:230:1201:905_1920x0_80_0_0_0960d5cd94eb438f4b6fd1eba25f25cc.jpg
BAKI, 5 oktyabr - Sputnik. Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, incəsənət xadimləri, şəhər ictimaiyyəti və tanınmış aktyorlar iştirak ediblər. Xatırladaq ki, Xalq artisti 78 yaşında vəfat edib. Bir neçə gün əvvəl V.Şərifovun ürəyində problem yaranıb və o, Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb. Müxtəlif illərdə Nazim Hikmətin "Domokl qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İctimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", Anarın "Şəhərin yay günləri", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam", İsmayıl Şıxlının "Dəli Kür", Orxan Kamalın "Yad qızı", Nüşabə Məmmədlinin "Unutmaq istəyirəm", Sahib İbrahimlinin "Sadığın toyu" və s. pyeslərə quruluşlar verərək, ümumilikdə 120-dən artıq tamaşaya səhnə həyatı bəxş edib. Görkəmli sənətkar "Qanun dəllalı" (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl dərviş" mükafatını qazanıb. 1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.***Azərbaycanın xalq artisti vəfat edibGəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifov vəfat edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmayıl Paşayev yayıb. Xalq artisti bir neçə gün öncə səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.Allah rəhmət eləsin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433888001_0:117:1201:1017_1920x0_80_0_0_8baa2f4d285984f80901b7320d99d6f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti, gəncə, kukla teatrı
xalq artisti, gəncə, kukla teatrı
Azərbaycanın xalq artisti Gəncədə dəfn edildi
Xalq artisti bir neçə gün öncə səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
BAKI, 5 oktyabr - Sputnik. Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, incəsənət xadimləri, şəhər ictimaiyyəti və tanınmış aktyorlar iştirak ediblər.
Xatırladaq ki, Xalq artisti 78 yaşında vəfat edib. Bir neçə gün əvvəl V.Şərifovun ürəyində problem yaranıb və o, Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb.
Müxtəlif illərdə Nazim Hikmətin "Domokl qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İctimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", Anarın "Şəhərin yay günləri", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam", İsmayıl Şıxlının "Dəli Kür", Orxan Kamalın "Yad qızı", Nüşabə Məmmədlinin "Unutmaq istəyirəm", Sahib İbrahimlinin "Sadığın toyu" və s. pyeslərə quruluşlar verərək, ümumilikdə 120-dən artıq tamaşaya səhnə həyatı bəxş edib.
Görkəmli sənətkar "Qanun dəllalı" (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl dərviş" mükafatını qazanıb. 1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycanın xalq artisti vəfat edib
Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifov vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmayıl Paşayev yayıb.
Xalq artisti bir neçə gün öncə səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.