https://sputnik.az/20211005/ucarda-arvadini-xususi-amansizliqla-olduren-sexse-hokm-oxunub-433890027.html
Ucarda arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub
Ucarda arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub
Sputnik Azərbaycan
Araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 12 bıçaq... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T09:52+0400
2021-10-05T09:52+0400
2021-10-05T14:52+0400
qətl
cəmiyyət
cinayət
cinayət məcəlləsi
ağır cinayətlər məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/42231/97/422319718_0:134:1920:1214_1920x0_80_0_0_0c76052015860400de7c5f8b1fd6cc6a.jpg
BAKI, 5 oktyabr — Sputnik. Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, bu ilin aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 12 bıçaq zərbəsi endirərək V.Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.İstintaq orqanı tərəfindən Q.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.O, məhkəmədə elan olunan ittihamla özünü təqsirli bilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/97/422319718_0:0:1920:1440_1920x0_80_0_0_556c1ce053964d7a3aa7cc153ff75fdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, cinayət, cinayət məcəlləsi, ağır cinayətlər məhkəməsi
qətl, cinayət, cinayət məcəlləsi, ağır cinayətlər məhkəməsi
Ucarda arvadını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub
09:52 05.10.2021 (Yenilənib: 14:52 05.10.2021) Araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 12 bıçaq zərbəsi endirərək V.Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 5 oktyabr — Sputnik. Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 12 bıçaq zərbəsi endirərək V.Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Q.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
O, məhkəmədə elan olunan ittihamla özünü təqsirli bilib.