CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb

© Photo : Twitter / Cahit BağcıTürkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
BAKI, 5 oktyabr — Sputnik. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu səfir öz "Twitter" səhifəsində yazıb.
"Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və duasını aldıq. "Allah türk millətini qorusun. Cənab Ərdoğana və Türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə dedim", - diplomat yazıb.
Qeyd edək ki, Polad İsrayıl oğlu Həşimov Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
Xəbər lenti
0