https://sputnik.az/20211005/susada-cekilen-fotolar-avropa-parlamentinde-numayis-etdirilecek-433901462.html
Şuşada çəkilən fotolar Avropa Parlamentində nümayiş etdiriləcək
Şuşada çəkilən fotolar Avropa Parlamentində nümayiş etdiriləcək
Sputnik Azərbaycan
"Cawa Media" əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T17:50+0400
2021-10-05T17:50+0400
2021-10-05T17:50+0400
şuşa
mədəniyyət
azərbaycan silahlı qüvvələri
zəngilan
qarabağ
anama
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428032471_0:321:3071:2048_1920x0_80_0_0_d975fa42a6291927c3d1a327d4b9acff.jpg
BAKI, 5 oktyabr — Sputnik. İsveçin "Cawa Media" xəbər portalında "Azərbaycanda Şuşa döyüşü" sərlövhəli məqalə yayımlanıb.Sputnik Azərbaycan xəbər verir ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib.Şuşanın bölgənin "döyünən ürəyi" adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.Məqalədə 2021-ci ilin sentyabrında "Cawa Media" əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib.Qeyd edilib ki, "Cawa Media" əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428032471_223:0:2954:2048_1920x0_80_0_0_4a3f302fe388b2a63dc303d7ebbf1dcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
şuşa, azərbaycan silahlı qüvvələri, zəngilan, qarabağ, anama
şuşa, azərbaycan silahlı qüvvələri, zəngilan, qarabağ, anama
Şuşada çəkilən fotolar Avropa Parlamentində nümayiş etdiriləcək
"Cawa Media" əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.
BAKI, 5 oktyabr — Sputnik. İsveçin "Cawa Media" xəbər portalında "Azərbaycanda Şuşa döyüşü" sərlövhəli məqalə yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib.
Şuşanın bölgənin "döyünən ürəyi" adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.
Məqalədə 2021-ci ilin sentyabrında "Cawa Media" əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib.
Qeyd edilib ki, "Cawa Media" əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.