https://sputnik.az/20211005/sputnikpro-nun-payiz-modulu-bakida-oktyabrin-6-da-start-goturecek-433911384.html
SputnikPro-nun payız modulu Bakıda oktyabrın 6-da start götürəcək
SputnikPro-nun payız modulu Bakıda oktyabrın 6-da start götürəcək
Sputnik Azərbaycan
Aparıcı rusiyalı mütəxəssislər azərbaycanlı jurnalistlərə yeni mediada publisistika barədə danışacaq və münaqişə zonalarında iş təcrübələrini bölüşəcəklər. 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T18:12+0400
2021-10-05T18:12+0400
2021-10-07T16:00+0400
mətbuat mərkəzi
sputnikpro təlim proqramı
https://cdnn1.img.sputnik.az/img/40326/09/403260917_0:55:1601:955_1920x0_80_0_0_e57fd199359d6c724daf62b40b03115b.jpg
Sputnik Beynəlxalq informasiya agentliyi əv radiosu SputnikPro təlim proqramının işini davam etdirir.Çərşənbə axşamı oktyabrın 6 -da Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad d\rsləri seriyası keçiriləcək. Sessiyanın spikerləri qismində "Rossiya seqodnya" mediaqrupunun icraçı direktoru Kirill Vışinski və xüsusi fotomüxbir Mixail Voskresenski çıxış edəcəklər. Vışinski ənənəvi və yeni mediada publisistika barədə danışacaq, Voskresenski isə "Jurnalistlərin hərbi münaqişə zonalarında işi" mövzusunda çıxış edəcək.Kirill Vışinski jurnalist peşəsinin ömrünün təxminən 25 ilini həsr edib (KİV-də – 1996-cı ildən). Bu illər ərzində o Ukrayna televiziyasında şef-redaktor və aparıcı vəzifələrində işləyib. 2006-2014-cü illərdə ÜDTRK-nin xüsusi müxbiri olaraq Ukraynadakı hadisələri işıqlandırıb. 2014-cü ildə isə "RİA Novosti Ukrayna" informasiya portalına rəhbərlik edib. Hazırda "Rossiya seqodnya" mediaqrupunun icraçı direktorudur.Mixail Voskresenski peşəkar reportaj fotoqrafiyasına 40 yaşında gəlib. Səkkiz il работал REUTERS-in fotoxidmətində işləyib, 2013-cü ildən bu günədək "Rossiya seqodnya" BİA-nın xüsusi fotomüxbiridir. Fotojurnalist kimi İraqda 2007-ci ildə, Ukraynada 2014-15-ci illərdə, Suriyada 2015-20-ci illərdə hərbi münaqişələrdə işləyib, həmçinin 2020-ci ildə İkinci Qarabağ müharibəsinin hadisələrini işıqlandırıb.SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/
https://sputnik.az/20210726/SputnikPro-feyk-nyus-nedir-ve-onunla-nece-mubarize-aparmali-427550254.html
https://sputnik.az/20210722/SputnikPro-Bakda-yenidn-KV-tmsililri-n-ustad-drslri-keirilck-427515090.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40326/09/403260917_28:0:1495:1100_1920x0_80_0_0_8d583132a034db554a8d08a3507d2731.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sputnikpro təlim proqramı
sputnikpro təlim proqramı
SputnikPro-nun payız modulu Bakıda oktyabrın 6-da start götürəcək
18:12 05.10.2021 (Yenilənib: 16:00 07.10.2021) Aparıcı rusiyalı mütəxəssislər azərbaycanlı jurnalistlərə yeni mediada publisistika barədə danışacaq və münaqişə zonalarında iş təcrübələrini bölüşəcəklər.
Sputnik Beynəlxalq informasiya agentliyi əv radiosu SputnikPro təlim proqramının işini davam etdirir.
Çərşənbə axşamı oktyabrın 6 -da Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad d\rsləri seriyası keçiriləcək. Sessiyanın spikerləri qismində "Rossiya seqodnya" mediaqrupunun icraçı direktoru Kirill Vışinski və xüsusi fotomüxbir Mixail Voskresenski çıxış edəcəklər. Vışinski ənənəvi və yeni mediada publisistika barədə danışacaq, Voskresenski isə "Jurnalistlərin hərbi münaqişə zonalarında işi" mövzusunda çıxış edəcək.
Kirill Vışinski jurnalist peşəsinin ömrünün təxminən 25 ilini həsr edib (KİV-də – 1996-cı ildən). Bu illər ərzində o Ukrayna televiziyasında şef-redaktor və aparıcı vəzifələrində işləyib. 2006-2014-cü illərdə ÜDTRK-nin xüsusi müxbiri olaraq Ukraynadakı hadisələri işıqlandırıb. 2014-cü ildə isə "RİA Novosti Ukrayna" informasiya portalına rəhbərlik edib. Hazırda "Rossiya seqodnya" mediaqrupunun icraçı direktorudur.
Mixail Voskresenski peşəkar reportaj fotoqrafiyasına 40 yaşında gəlib. Səkkiz il работал REUTERS-in fotoxidmətində işləyib, 2013-cü ildən bu günədək "Rossiya seqodnya" BİA-nın xüsusi fotomüxbiridir. Fotojurnalist kimi İraqda 2007-ci ildə, Ukraynada 2014-15-ci illərdə, Suriyada 2015-20-ci illərdə hərbi münaqişələrdə işləyib, həmçinin 2020-ci ildə İkinci Qarabağ müharibəsinin hadisələrini işıqlandırıb.
SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.
Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar:
https://www.facebook.com/SputnikProject/