https://sputnik.az/20211005/muveqqeti-baxilmasi-ucun-qonsuya-verilen-azyasli-ile-bagli-arasdirmalara-baslanilib-433903768.html
Müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlı ilə bağlı araşdırmalara başlanılıb
Müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlı ilə bağlı araşdırmalara başlanılıb
Sputnik Azərbaycan
Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T19:46+0400
2021-10-05T19:46+0400
2021-10-05T19:46+0400
azyaşlı
cəmiyyət
uşaq
araşdırma
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815826_730:808:2810:1978_1920x0_80_0_0_6b0e379709ac5650aeae99e597240a2b.jpg
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib.Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyəti qurumlar da məlumatlandırılıb.T.Mərdanoğlu bildirib ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verib: "Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib".Mətbuat katibi bildirib ki, məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815826_862:758:2468:1963_1920x0_80_0_0_dee124eb5659c1dd20d65418cab1989a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azyaşlı, uşaq, araşdırma, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
azyaşlı, uşaq, araşdırma, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlı ilə bağlı araşdırmalara başlanılıb
Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.
Bu barədə
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi
Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyəti qurumlar da məlumatlandırılıb.
T.Mərdanoğlu bildirib ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verib: "Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib".
Mətbuat katibi bildirib ki, məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir.