Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Məni devirmək istəyirdilər

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Prezident İlham Əliyev Cəbrayıl rayon sakinləri ilə görüşdə bəzi xarici dairələrin bəzi yerli satqınların əli ilə onu devirmək istədiklərini deyib.
BAKI, 5 oktyabr — Sputnik. Prezident İlham Əliyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bəzi xarici dairələrin onu devirmək planlarından danışıb.
Dövlətimizin başçısı vurğulayıb ki, əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib.
"Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik. Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi", – deyə Azərbaycan Prezidenti bildirib.
Prezident görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə başqa standartlarla müqayisə olunmayacaq şəhərsalma işlərini həyata keçirdiklərini deyib.
"Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik", - deyə İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала