Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İran Azərbaycanla münasibətlərindəki gərginliklə hansı planı ört-basdır edir?

© AP Photo / Vahid SalemiTehranda İran bayrağı, arxiv şəkli
Tehranda İran bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
İranın Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ilk dəfə sərhəddə hərbi təlimlər keçirməsini bir sıra maraqlı dövlətlər qabartmağa çalışır.
BAKI, 5 oktyabr — Sputnik. İran Azərbaycanla münasibətlərindəki gərginliklə hansı planı ört-basdır edir?
İranın Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ilk dəfə sərhəddə hərbi təlimlər keçirməsini bir sıra maraqlı dövlətlər qabartmağa çalışır.
Azərbaycan-İran münasibətlərində gərginlik səngimək bilmir. Cənub qonşumuzun müxtəlif səlahiyyətli şəxsləri tərəfindən verilən açıqlamalar da iki dövlət arasındakı münasibətlərin hələ də gərgin olduğunu göstərir.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsinə münasibət bildirib. Açıqlamada Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaların qəbul edilmədiyi qeyd olunub. Vurğulanıb ki, bu fikirlərin heç bir əsası yoxdur.
Qeyd edək ki, Gorus-Qafan yolunda baş verənlərdən sonra iki ölkə arasında gərginlik günbəgün artmaqdadır. Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlər keçirən İranın əzələ nümayişinin nə ilə nəticələnəciyini isə hər kəs maraqla gözləyir.
Sputnik Azərbaycan Azərbaycan-İran münasibətlərindəki gərginlik və onun ehtimal olunan perspektivləri ilə bağlı millət vəkili Arzu Nağıyevin və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, iki ölkə arasındakı gərginlik həll oluna bilər. Onun fikrincə, İranın Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ilk dəfə sərhəddə hərbi təlimlər keçirməsini bir sıra maraqlı dövlətlər qabartmağa çalışır. Millət vəkili qeyd edib ki, İran arqument kimi NATO dövlətlərinin, İsrailin sərhədlərinə yaxınlaşmasını qeyd edir: "Gərginliyin artmasında Ermənistanın və onun havadarlarının da öz marağı var".
Azərbaycanın müstəqil daxili və xarici siyasətinin olduğunu deyən millət vəkili heç kəsin bu istiqamətdə Azərbaycana yön verməyə qadir olmadığını bildirib. Arzu Nağıyev qeyd edib ki, Azərbaycan ərazisindən qonşu ölkələrə qarşı təhdid ola biləcək hər hansı addım atılmayıb. Onun sözlərinə görə, İran Azərbaycanın bir qonşu kimi onun üçün əhəmiyyətini anlamalıdır.
"Xarici siyasətdə dost məfhumu ilə yanaşı, ümumi maraqlar da önəm kəsb edir. Bu gün Azərbaycan İran üçün çox vacib və ona qarşı ola biləcək mümkün təhdidlərin qarşısını ala biləcək dövlətdir", – deyə millət vəkili vurğulayıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın bu məsələyə yanaşması isə bir qədər fərqli olub. Siyasi şərhçi bildirib ki, İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. O qeyd edib ki, əks halda, qonşu dövlət Azərbaycanla sərhəd ərazilərdə hərbi təlimlər keçirməzdi: "İran tərəfi etdiyi sayğısızlığa görə Azərbaycan tərəfindən üzr istəməlidir. Görünən odur ki, məsələni daha da böyütmək, gərginləşdirmək istəyir, amma bu kimin xeyrinədir? Azərbaycan-İsrail münasibətlərini bəhanə edib bu addımları atırlarsa, unutmasınlar ki, bu əlaqələrin qurulması yeni hadisə deyil. Azərbaycanın Rusiya ilə, NATO ilə, ABŞ-la, İsraillə uzun illərə dayanan əməkdaşlığı mövcuddur. İran indi qaşınmayan yerdən qan çıxarmaq istəyir".
Ekspertin sözlərinə görə, İran belə hikkə nümayişi ilə Ermənistana etdiyi yardımların üstünü ört-basdır etməyə çalışır. O bildirib ki, İranın dərdi İsrail olsaydı, ilk növbədə narazılığını Ermənistana bildirməli idi. Bu ölkədə İsrail səfirliyi fəaliyyət göstərir.
Sədrəddin Soltan hesab edir ki, İranın Azərbaycana qarşı bu sayğısızlığının səbəbi İsraili bəhanə edərək Ermənistana yardımları artırmaq məqsədi güdür: "Azərbaycan İranın münasibətini 44 günlük müharibədə görüb. İranın kim olduğu hər kəsə bəllidir. Bu, İran vətəndaşları və xalqına aid bir məsələ deyil. Bütün məsələlərin əsas səbəbi İran hakimiyyətinin Azərbaycana qarşı tutduğu mövqedir. İsraili özünə düşmən edən İran xalqı deyil, hakimiyyətidir".
Xəbər lenti
0