https://sputnik.az/20211005/eliyev-ve-putin-tacikistan-lideri-ile-danisdi-433899135.html
Əliyev və Putin Tacikistan lideri ilə danışdılar
Əliyev və Putin Tacikistan lideri ilə danışdılar
Sputnik Azərbaycan
İlham Əliyev Tacikistan liderini təbrik edib, Vladimir Putin isə onunla Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıb. 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T16:28+0400
2021-10-05T16:28+0400
2021-10-05T16:46+0400
tacikistan
siyasət
prezident ilham əliyev
putin
rusiya prezidenti vladimir putin
emoməli rəhmon
https://cdnn1.img.sputnik.az/img/41657/50/416575000_0:197:1946:1292_1920x0_80_0_0_fc0aab1ee79ae70e25a19d7bf588be3c.jpg
BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.Dövlət başçısı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla Əfqanıstandakı vəziyyəti müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.Bildirilir ki, telefon danışığı zamanı Vladimir Putin tacik həmkarını ad günü münasibətilə təbrik edib. Qeyd olunur ki, prezidentlər Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini hərtərəfli gücləndirmək üçün qarşılıqlı mövqelərini bir daha təsdiq ediblər.Putin və Rəhmon eyni zamanda Əfqanıstanda son baş verənləri müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41657/50/416575000_188:0:1911:1292_1920x0_80_0_0_b0be7e5002517ea22eddb6e50a81de79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tacikistan, prezident ilham əliyev, putin, rusiya prezidenti vladimir putin, emoməli rəhmon
tacikistan, prezident ilham əliyev, putin, rusiya prezidenti vladimir putin, emoməli rəhmon
Əliyev və Putin Tacikistan lideri ilə danışdılar
16:28 05.10.2021 (Yenilənib: 16:46 05.10.2021) İlham Əliyev Tacikistan liderini təbrik edib, Vladimir Putin isə onunla Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıb.
BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Dövlət başçısı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla Əfqanıstandakı vəziyyəti müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Vladimir Putin tacik həmkarını ad günü münasibətilə təbrik edib. Qeyd olunur ki, prezidentlər Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini hərtərəfli gücləndirmək üçün qarşılıqlı mövqelərini bir daha təsdiq ediblər.
Putin və Rəhmon eyni zamanda Əfqanıstanda son baş verənləri müzakirə ediblər.