https://sputnik.az/20211005/beynelxalq-muellimler-gunu-433900564.html
Beynəlxalq Müəllimlər Günü
Beynəlxalq Müəllimlər Günü
Sputnik Azərbaycan
Maraqlı faktdır ki, hazırda Azərbaycan məktəblərində dərs deyən müəllimlərin 98 faizi ali təhsilli pedaqoqlardır. Ölkədəki müəllimlərin orta iş stajı isə 40... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T15:20+0400
2021-10-05T15:20+0400
2021-10-05T15:20+0400
müəllim
infoqrafika
müəllimlər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433870699_0:0:268:151_1920x0_80_0_0_13aa6740d7d70118333d3ab08f32d35b.png
Dünyada Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən verilib. Həmin gün bu qurumlar birlikdə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul ediblər.Bu tarixdən başlayaraq hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu günün qeyd olunmasının məqsədi müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsilin inkişafındakı roluna diqqət çəkməkdir.Hazırda Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində beynəlxalq bayram kimi qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə milli səviyyədə keçirilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd olunur.Hazırda ölkənin təhsil sahəsində 220 mindən çox pedaqoq "külüng vurur". Bu müəllimlərin yalnız 34 min nəfəri ibtidai sinif müəllimlərinin payına düşür.O da maraqlı faktdır ki, indi Azərbaycan məktəblərində dərs deyən müəllimlərin 98 faizi ali təhsilli pedaqoqlardır. Ölkədəki müəllimlərin orta iş stajı isə 40 ilə bərabərdir.Hər birimizin şəxsiyyət kimi formalaşmasında əvəzsiz xidməti olan müəllimlərlə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433699373_292:0:1092:600_1920x0_80_0_0_96bb07f68007ef38d4fc56e059f984d0.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, инфографика, müəllimlər günü
müəllim, инфографика, müəllimlər günü
Beynəlxalq Müəllimlər Günü
Maraqlı faktdır ki, hazırda Azərbaycan məktəblərində dərs deyən müəllimlərin 98 faizi ali təhsilli pedaqoqlardır. Ölkədəki müəllimlərin orta iş stajı isə 40 ilə bərabərdir.
Dünyada Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən verilib. Həmin gün bu qurumlar birlikdə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul ediblər.
Bu tarixdən başlayaraq hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu günün qeyd olunmasının məqsədi müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsilin inkişafındakı roluna diqqət çəkməkdir.
Hazırda Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində beynəlxalq bayram kimi qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə milli səviyyədə keçirilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd olunur.
Hazırda ölkənin təhsil sahəsində 220 mindən çox pedaqoq "külüng vurur". Bu müəllimlərin yalnız 34 min nəfəri ibtidai sinif müəllimlərinin payına düşür.
O da maraqlı faktdır ki, indi Azərbaycan məktəblərində dərs deyən müəllimlərin 98 faizi ali təhsilli pedaqoqlardır. Ölkədəki müəllimlərin orta iş stajı isə 40 ilə bərabərdir.
Hər birimizin şəxsiyyət kimi formalaşmasında əvəzsiz xidməti olan müəllimlərlə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.