Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda bir sinif distant təhsilə keçdi: Koronavirusa 3 yoluxma halı qeydə alınıb

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Bakı şəhəri 162 saylı məktəbin 8 ç sinif şagirdləri arasında koronavirusa yoluxma halları olduğundan, sinif distant təhsilə keçib.
BAKI, 5 oktyabr — Sputnik. Bakıda koronavirusa yoluxma səbəbindən bir məktəbdə siniflər distant təhsilə keçəcək. Bu barədə Bakı şəhəri 162 saylı məktəbin vatsap qrupunda valideynlər məlumat paylaşıb.
Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, məktəbin 8 ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən distant təhsilə keçəcəklər. Valideynlər bildirib ki, onlara bu barədə məktəbdən məlumat verilib.
Valideynlər onu da qeyd edib ki, sinifdə 40-a yaxın şagird var. 162 saylı məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbdə yalnız 8 ç sinifi üzrə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb:
"Yalnız Elnarə Məmmədovanın sinif rəhbəri olduğu sinifdə koronavirusa 3 şagird yoluxub. Bu, 8 ç sinifidir. Ona görə də, Elnarə müəllimənin sinfi distant təhsilə keçir. Digər siniflərdə isə dərslər ənənəvi qaydada davam edəcək".
Qeyd edək ki, son günlər məktəblərdə koronavirusa yoluxma barədə məlumatlar yayılıb. Bu barədə rəsmi statsitika hələki açıqlanmayıb.
Məlumat üçün bildirək ki, məktəblərdə sentyabrın 22-dən 1-4, 29-dan isə 5-11-ci siniflər üzrə ənənəvi tədrisə başlanılıb.
Xəbər lenti
0