https://sputnik.az/20211005/azervaycanli-memur-beynelxalq-assambleyanin-sedri-oldu-433914355.html
Azərbaycanlı məmur beynəlxalq assambleyanın sədri oldu
Azərbaycanlı məmur beynəlxalq assambleyanın sədri oldu
Sputnik Azərbaycan
İdarəçiliyi ÜƏMT tərəfindən həyata keçirilən Müəlliflik hüququna dair Müqavilə 20 dekabr 1996-cı ildə qəbul edilib. 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T23:48+0400
2021-10-05T23:48+0400
2021-10-06T00:39+0400
məmur
azərbaycan xəbərləri
sədr
təyinat
qurum
beynəlxalq
əqli mülkiyyət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426795131_38:0:1000:541_1920x0_80_0_0_3616fadeba107776385144a2703dac35.jpg
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib.Sputnik Azərbaycan-ın məlumatına görə, K.İmanovun bu vəzifəyə seçilməsi oktyabrın 4-də ÜƏMT üzv dövlətlərinin Assambleyalarının İsveçrənin Cenevrə şəhərində işinə başlamış 62-ci sessiyasında adıçəkilən təşkilatın assambleyalarının və komitələrinin vəzifəli şəxslərinin seçkiləri zamanı baş tutub.Assambleyanın sədr müavini vəzifəsinə isə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Jasmin Fulena seçilib.Qeyd edək ki, İdarəçiliyi ÜƏMT tərəfindən həyata keçirilən Müəlliflik hüququna dair Müqavilə 20 dekabr 1996-cı ildə qəbul edilib. Müəlliflik hüququ sahəsində qocaman beynəlxalq sənəd olan Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasını dəstəkləyən bu müqavilə yeni rəqəmsal mühitdə ən mühüm beynəlxalq sazişdir. Müqavilə ədəbi və bədii əsərlərin beynəlxalq müstəvidə effektiv və vahid qaydalara uyğun qorunmasını, müəlliflərin hüquqları və geniş ictimaiyyətin maraqları arasında balansın saxlanılmasını müəyyən edir. Hazırda bu Müqaviləyə 110 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası 2006-cı ildən Müqavilənin üzvüdür. K.İmanov 2019-2021-ci illərdə isə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası Assambleyasının sədri olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426795131_279:0:1000:541_1920x0_80_0_0_0748cf4c38329b60604f34517b8303dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məmur, sədr, təyinat, qurum, beynəlxalq, əqli mülkiyyət agentliyi
məmur, sədr, təyinat, qurum, beynəlxalq, əqli mülkiyyət agentliyi
Azərbaycanlı məmur beynəlxalq assambleyanın sədri oldu
23:48 05.10.2021 (Yenilənib: 00:39 06.10.2021) İdarəçiliyi ÜƏMT tərəfindən həyata keçirilən Müəlliflik hüququna dair Müqavilə 20 dekabr 1996-cı ildə qəbul edilib.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, K.İmanovun bu vəzifəyə seçilməsi oktyabrın 4-də ÜƏMT üzv dövlətlərinin Assambleyalarının İsveçrənin Cenevrə şəhərində işinə başlamış 62-ci sessiyasında adıçəkilən təşkilatın assambleyalarının və komitələrinin vəzifəli şəxslərinin seçkiləri zamanı baş tutub.
Assambleyanın sədr müavini vəzifəsinə isə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Jasmin Fulena seçilib.
Qeyd edək ki, İdarəçiliyi ÜƏMT tərəfindən həyata keçirilən Müəlliflik hüququna dair Müqavilə 20 dekabr 1996-cı ildə qəbul edilib. Müəlliflik hüququ sahəsində qocaman beynəlxalq sənəd olan Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasını dəstəkləyən bu müqavilə yeni rəqəmsal mühitdə ən mühüm beynəlxalq sazişdir. Müqavilə ədəbi və bədii əsərlərin beynəlxalq müstəvidə effektiv və vahid qaydalara uyğun qorunmasını, müəlliflərin hüquqları və geniş ictimaiyyətin maraqları arasında balansın saxlanılmasını müəyyən edir. Hazırda bu Müqaviləyə 110 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası 2006-cı ildən Müqavilənin üzvüdür. K.İmanov 2019-2021-ci illərdə isə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası Assambleyasının sədri olub.