https://sputnik.az/20211005/azerbaycanda-gmo-lu-yem-mehsullarina-dair-telebler-mueyyen-edilib-433887836.html
Azərbaycanda GMO-lu yem məhsullarına dair tələblər müəyyən edilib
Azərbaycanda GMO-lu yem məhsullarına dair tələblər müəyyən edilib
Sputnik Azərbaycan
Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya onlardan istehsal olunmuş yem... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T23:01+0400
2021-10-05T23:01+0400
2021-10-05T23:01+0400
gmo
cəmiyyət
qadağa
qida
yem
qanunvericilik
https://cdnn1.img.sputnik.az/img/07e5/09/13/427962702_0:0:3003:1690_1920x0_80_0_0_cb0a604971320d10b42972eb13709371.jpg
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu, yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin variantında əksini tapıb.Layihədə qeyd olunub ki, Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqredientlər olan yem məhsullarının emalına, dövriyyəsinə və onlardan istifadə olunmasına həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatda alındıqdan sonra icazə veriləcək.Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən genetik modifikasiya olunan yem məhsulları, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqredientlər olan yem məhsullarının emalı və dövriyyəsi qadağandır.Genetik modifikasiya olunan yem məhsullarının qeydiyyata alınması üçün həmin məhsullar aşağıdakı tələblərə cavab verməlidir:Azərbaycan ərazisində genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının qanunsuz ilkin istehsalı, emalı və dövriyyəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/13/427962702_0:0:2729:2047_1920x0_80_0_0_1736b0353a15eedd3454ece4eb66e9e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gmo, qadağa, qida, yem, qanunvericilik
gmo, qadağa, qida, yem, qanunvericilik
Azərbaycanda GMO-lu yem məhsullarına dair tələblər müəyyən edilib
Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya onlardan istehsal olunmuş yem məhsullarının emalı və dövriyyəsi qadağandır.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda
genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər müəyyən edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, yeni hazırlanan
"Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihədə qeyd olunub ki, Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqredientlər olan yem məhsullarının emalına, dövriyyəsinə və onlardan istifadə olunmasına həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatda alındıqdan sonra icazə veriləcək.
Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən genetik modifikasiya olunan yem məhsulları, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqredientlər olan yem məhsullarının emalı və dövriyyəsi qadağandır.
Genetik modifikasiya olunan yem məhsullarının qeydiyyata alınması üçün həmin məhsullar aşağıdakı tələblərə cavab verməlidir:
insan həyatına və sağlamlığına, heyvan və bitki sağlamlığına və ətraf mühitə mənfi təsiri etməməli;
istifadəçini çaşdırmamalı;
heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.
Azərbaycan ərazisində genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının qanunsuz ilkin istehsalı, emalı və dövriyyəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.