Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropada qazın qiyməti tarixi maksimumu yenilədi

© AFP 2024 / HAIDAR MOHAMMED ALIQaz anbarında işçilər, arxiv şəkli
Qaz anbarında işçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Qazın min kubmetrinin qiyməti 1350 dolları keçib. Bazar ertəsi qazın alışı 1156,3 dollar səviyyəsində bağlanıb.
BAKI, 5 oktyabr — Sputnik. Avropada qazın qiyməti yenidən rekord vurub.
Sputnik Azərbaycan xəbər verir ki, qazın min kubmetrinin qiyməti 1350 dolları keçib. Bazar ertəsi qazın alışı 1156,3 dollar səviyyəsində bağlanıb.
Ümumiyyətlə, Avropada qazın qiyməti son aylarda kəskin şəkildə artıb. Avqustun əvvəlində Niderland birjasında qazın qiyməti min kubmetr üçün təxminən 515 dollar olub. Ancaq sentyabrın sonuna qədər isə bu rəqəm iki dəfədən çox qalxıb. Qiymətlər rekord ardınca rekord vurub.
Oktyabrın 1-də isə qiymət min kubmetr üçün demək olar ki, 1200 dollara çatmışdı. Mütəxəssislərin qeyd etdiyi kimi, Avropada qaz fyuçerslərinin bahalaşması Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması, əsas tədarükçülər tərəfindən təchizatın məhdudlaşdırılması və Asiyada LNG tələbatının yüksək olması ilə əlaqələndirilir.
***
11:43
Bu gün hərracların açılışı zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1230 ABŞ dollarına çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, 5 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1228,8 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1100 dollar həddini ötüb.
Xəbər lenti
0