SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Ermənistanın Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım edib

© Sputnik / Murad OrujovBakıda Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Bakıda Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” hesabında bildirilib: “Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!”.
Xatırladaq ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilib. Bu hücumda 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi.
Xəbər lenti
0