SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Azərbaycan və Ermənistan arasında tənzimlənməmiş məsələlərin həllinə töhfə veririk

© Sputnik / Murad Orujov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer
 ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Litzenberqer vurğulayıb ki, birtərəfli təşəbbüslər çərçivəsində Azərbaycanda saxlanılan şəxslərin qaytarılması qarşılığında Ermənistan mina xəritələrinin bəzilərini qaytarıb.
BAKI, 4 oktyabr — Sputnik. ABŞ Azərbaycan və Ermənistan tərəfləri arasında tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.
Sputnik Azərbaycan "APA"-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səfir xatırladıb ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.
Diplomatın sözlərinə görə, ABŞ həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm birtərəfli formatda tərəfləri bir araya gətirib tənzimlənməmiş məsələlərin həllinə töhfə verir.
Li Litzenberqer vurğulayıb ki, ki, birtərəfli təşəbbüslər çərçivəsində Azərbaycanda saxlanılan şəxslərin qaytarılması qarşılığında Ermənistan mina xəritələrinin bəzilərini qaytarıb.
Xəbər lenti
0