SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident "Serjik" kimilərə səsləndi - ağlınızı yığın başınıza!

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb
Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
İlham Əliyev bütün Ermənistandakı revanşist hisslərlə yaşayanlara müraciət edərək bildirib ki, ağıllarını başına yığsınlar.
BAKI, 4 oktyabr — Sputnik. Bu yaxınlarda keçirilmiş seçkilərdə Serjik heç beş faiz səs toplaya bilməyib. Görün erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində çıxışı zamanı bildirib.
"Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.
Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz", - deyə Prezident vurğulayıb.
Xəbər lenti
0