https://sputnik.az/20211004/pasinyan-yene-putinle-gorusecek-433878676.html
Paşinyan yenə Putinlə görüşəcək
Paşinyan yenə Putinlə görüşəcək
Sputnik Azərbaycan
Bu barədə məlumat verən Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib ki, bu, iki ölkə liderlərinin 2021-ci ildə baş tutacaq dördüncü... 04.10.2021, Sputnik Azərbaycan
2021-10-04T18:44+0400
2021-10-04T18:44+0400
2021-10-04T18:44+0400
dünya xəbərləri
görüş
ermənistan
vladimir putin
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643785_0:0:2847:1601_1920x0_80_0_0_2db6d792dfc3520bb9360d43a27f884b.jpg
BAKI, 4 oktyabr — Sputnik. Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib ki, yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi görüşü gözlənilir. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat verib."Qarşılıqlı təsir tonunu ölkələrimizin rəhbərləri müəyyən edirlər. Bu il artıq üç şəxsi görüş baş tutub. Yaxın günlərdə növbəti şəxsi görüş gözlənilir", – deyə Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə bildirib.Matviyenko onu da vurğulayıb ki, bu dialoq Rusiya Federasiyası ilə Ermənistan arasında iqtisadiyyat, humanitar, təhsil, səhiyyə də daxil olmaqla bütün sahələrdə qarşılıqlı əlaqələrin tonunu təyin edir.Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu il iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etməyi planlaşdırırdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643785_41:0:2772:2048_1920x0_80_0_0_31196931105a6663fb8607a43698daf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, ermənistan, vladimir putin, nikol paşinyan
görüş, ermənistan, vladimir putin, nikol paşinyan
Paşinyan yenə Putinlə görüşəcək
Bu barədə məlumat verən Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib ki, bu, iki ölkə liderlərinin 2021-ci ildə baş tutacaq dördüncü görüşü olacaq.
BAKI, 4 oktyabr — Sputnik. Rusiya Federasiya Şurasının spikeri
Valentina Matviyenko bəyan edib ki, yaxın günlərdə Rusiya Prezidenti
Vladimir Putinlə Ermənistanın Baş naziri
Nikol Paşinyanın şəxsi görüşü gözlənilir. Sputnik Azərbaycan bu barədə
RİA Novosti-yə istinadla məlumat verib.
"Qarşılıqlı təsir tonunu ölkələrimizin rəhbərləri müəyyən edirlər. Bu il artıq üç şəxsi görüş baş tutub. Yaxın günlərdə növbəti şəxsi görüş gözlənilir", – deyə Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə bildirib.
Matviyenko onu da vurğulayıb ki, bu dialoq Rusiya Federasiyası ilə Ermənistan arasında iqtisadiyyat, humanitar, təhsil, səhiyyə də daxil olmaqla bütün sahələrdə qarşılıqlı əlaqələrin tonunu təyin edir.
Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu il iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etməyi planlaşdırırdı.