Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pakistan Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlayıb

© AP Photo / Jafar KhanYük maşını
Yük maşını - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Pakistandan Azərbaycana ilk sınaq yükləri isə 5-6 oktyabr tarixlərində çatacaq.
BAKI, 4 oktyabr — Sputnik. Pakistan ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu məqsədlə "National Logistics Cell" logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə ABADA, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) rəsmiləri arasında görüş keçirilib.
"National Logistics Cell" logistika şirkətinin rəsmisi Faysal Zeşan Pakistanın yerli istehsalı olan mərmər, ipək, çəltik, tekstil kimi malların Avropada alıcılıq qabiliyyəti yüksək olduğundan bu məhsulların ixrac imkanları üzərində çalışdıqlarını deyib. Pakistana məxsus ilk sınaq yük partiyasının artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatdığı qeyd olunub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayev iki ölkə arasında icazə mübadiləsinin vacibliyinə toxunub. Pakistanın "National Logistics Cell" logistika şirkətinin Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində bu daşımaları icra edə biləcəyi qeyd edilib.
ABADA-nın baş katibi Orxan Əfəndiyev İctimai Birlik olaraq "National Logistics Cell" logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Palatasının iki ölkə arasında ixrac-idxal imkanlarına müsbət təsir edə biləcəyi vurğulanıb. Pakistana məxsus yüklərinin Azərbaycan daşıyıcıları vasitəsi ilə Avropaya daşınma imkanları da müzakirə olunub.
Qeyd edək ki, Azərbaycana ilk sınaq yükləri isə 5-6 oktyabr tarixlərində çatacaq.
Xəbər lenti
0