Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Mehmanxana” kateqoriyasına aid olan yerlər üçün ulduzlaşma məcburi olacaq

© AFP 2023Hoteldə resepşn işçisi, arxiv şəkli
Hoteldə resepşn işçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Mehmanxananın ulduz kateqoriyasının müəyyən edilməsi onların onlayn rezervasiya platformalarında qeydiyyatı prosesini asanlaşdıracaq.
BAKI, 4 oktyabr — Sputnik. “Mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşma məcburi olacaq.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında bu haqda məlumat əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşmanın məcburi olması mehmanxanalar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artmasına, beynəlxalq standartlara uyğunlaşdırılmasına səbəb olacaq. Bundan əlavə, mehmanxananın ulduz kateqoriyasının müəyyən edilməsi onların onlayn rezervasiya platformalarında qeydiyyatı prosesini asanlaşdıracaq, həmçinin təklif edilən xidmət səviyyəsi barədə turistlərdə aydın təəssürat yaradacaq.
Xəbər lenti
0