DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kompüter istifadəçiləri üçün bəd xəbər: 30 milyon arasına siz də düşə bilərsiniz

© AFP 2024 / Drew Angerer"Microsoft" şirkətinin logosu, arxiv şəkli
Microsoft şirkətinin logosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Bu qərar bütün dünyada 60 mindən çox şirkətin işinə təsir göstərə və 30 milyon kompüterin zibil qutusuna atılmasına gətirib çıxara bilər.
BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 5-də "Microsoft" şirkəti yeni əməliyyat sistemi – "Windows 11"-i yayımlayacaq. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, nəticədə bütün dünyada 30 milyon kompüterin yararsız hala düşəcəyi gözlənilir. Çünki kompüterlərin bir hissəsi yeni əməliyyat sisteminin yüklənməsinə hazır deyil.
Məsələ burasındadır ki, "Microsoft" yeni "Windows 11"-də ciddi sistem tələblərinə üstünlük verib. Onların arasında CPU, TPM 2.0 və "Secure Boot" kimi tələblər var.
Bu qərar bütün dünyada 60 mindən çox şirkətin işinə təsir göstərə və 30 milyon kompüterin zibil qutusuna atılmasına gətirib çıxara bilər. Çünki dünyadakı mövcud cihazların 55 faizinin prosessoru yeni əməliyyat sisteminin, hər beş kompüterdən biri isə TPM 2.0-ın tələbinə cavab vermir.
Bununla belə, şirkətdən bildirilib ki, "Windows 11" sistem tələblərini dəstəkləməyən kompüterlər üçün hələlik ən yaxşı seçim "Windows 10"-dur. "Microsoft" bu əməliyyat sisteminə dəstəyini 14 oktyabr 2025-ci il tarixinə kimi davam etdirəcəyini bildirib.
Xəbər lenti
0