SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Gorus-Qafan yoluna alternativ tapıb

© AFP 2024Mehridə yolda yük maşınları, arxiv şəkli
Mehridə yolda yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Bu yol tırların hərəkəti üçün uyğun olmasa da, Ermənistan hökuməti qış gəlmədən bu istiqamətdə hərəkəti canlandırmaq istəyir.
BAKI, 4 oktyabr — Sputnik. Ermənistan Gorus-Qafan yolundakı problemləri həll etmək üçün alternativ istiqaməti canlandırmaq istəyir.
Sputnik Azərbaycan Mehr agentliyinə istinadən xəbər verir ki, bunu İran Avtomobil Yolu və Tranzit İdarəsinin Beynəlxalq nəqliyyat və avtomobil yolu ofisinin rəhbəri Muhamməd Cavad Hidayəti deyib.
O bildirib ki, Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra tutduğu mövqelər Gorus-Qafan yolu ilə hərəkət etməli olan İran nəqliyyat vasitələri üçün müxtəlif problemlər yaradıb:

"Avqustdan etibarən Azərbaycan tərəfi müxtəlif məhdudiyyətlər tətbiq edir. Eyni zamanda Azərbaycan tərəfi bölgədə yeni gömrük qaydaları işə salıb. Ermənistan tərəfi də üstü örtülü olsa da, bu ərazinin Azərbaycana aid olduğunu təsdiqləyir. Azərbaycan tərəfi digər sərhəd məntəqələrində olduğu kimi burada da giriş-çıxış haqqı tələb edir".

Ağdamda polis əməkdaşı, arxiv şəkl - Sputnik Azərbaycan, 1920, 15.09.2021
TƏHLİL
Gorus-Qafan yolundakı nəzarət-buraxılış məntəqəsi qaçaqmalçılığın qarşısını alacaq
Ermənistanın Gorus-Qafan yoluna alternativ tapdığını bildirən Hidayəti, buna uyğun olaraq Nurduz sərhəd buraxılış məntəqəsindən 80 kilometr uzaqlıqdakı Tatef adlı dağlıq yolu yenidən inşa etməyə başladığını qeyd edib:

"Bu yol tırların hərəkəti üçün uyğun olmasa da, Ermənistan hökuməti qış gəlmədən bu istiqamətdə hərəkəti canlandırmaq istəyir".

Muhamməd Cavad Hidayəti Azərbaycan tərəfində saxlanılan iki sürücü barədə də danışıb. O deyib ki, hazırda həmin sürücülər Bakıda saxlanılır və onların sərbəst buraxılması üçün İran Xarici işlər nazirliyi və Bakıdakı səfirlik fəaliyyətini davam etdirir.
Xəbər lenti
0