Bakıda koronavirus ocağı
10:44 04.10.2021 (Yenilənib: 11:17 04.10.2021)
© Sputnik / Murad OrujovBakıda qoruyucu geyimdə olan təcili yardım briqadası, arxiv şəkli
Abunə olmaq
Koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.2 faiz təşkil edir.
BAKI, 4 oktyabr — Sputnik. Bakı şəhərinin rayonları üzrə COVID-19 virusuna yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan Koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.2 faiz təşkil edir.
Bakı üzrə ən yüksək yoluxma göstəricisi 14.6 faizlə Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13.6 faizi Xətai, 11.8 faizi Sabunçu, 11.8 faizi Yasamal, 8.4 faizi Suraxanı, 7.8 faizi Nərimanov, 7.6 faizi Nəsimi, 7.5 faizi Xəzər, 7.2 faizi Nizami, 4.9 faizi Səbail, 4.4 faizi Qaradağ, 0.5 faizi Pirallahı rayonlarında qeydə alınıb.