NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın bəzi qeyri-neft məhsulları Yaponiyaya ixrac oluna bilər

© AFP 2023 / STRDəniz limanında konteynerlər, arxiv şəkli
Dəniz limanında konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
İkitərəfli görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanın bəzi qeyri-neft məhsullarının Yaponiyaya ixracına dair ilkin razılıqlar əldə olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən Azərbaycan-Yaponiya investisiya forumunda çıxışı zamanı deyib.
O bildirib ki, son iki ildə yapon investorlarının təsis etdiyi "TET International Development" şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 mln. ABŞ dollardan çox investisiya yatırıb: "Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkədə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və s. sahələrdə yaxından iştirak edirlər. Qeyd edim ki, cari ilin sentyabrın əvvəlində yapon investorlarının ilk qrupu ölkəmizə biznes məqsədilə səfər edib. Azərbaycan Sahibkarlar Konfederasiyası onları ölkəmizin investisiya imkanları ilə tanış edib və Şəki, Zaqatala rayonlarında keçirilən görüşlərin təşkilinə dəstək verib".
O bildirib ki, görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub.
Xəbər lenti
0