https://sputnik.az/20211004/-turizm-zerfleri-ohdelikler-433863767.html
Turizm zərflərinin satışı üzrə öhdəliklər məcburi qaydada sığortalanacaq
Turizm zərflərinin satışı üzrə öhdəliklər məcburi qaydada sığortalanacaq
Sputnik Azərbaycan
Turoperator və ya turagentlər tərəfindən turizm zərflərinin satışı üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin (risklərin) məcburi qaydada sığortalanması... 04.10.2021, Sputnik Azərbaycan
2021-10-04T22:29+0400
2021-10-04T22:29+0400
2021-10-04T22:29+0400
turizm
iqtisadiyyat
sığorta
https://cdnn1.img.sputnik.az/img/42244/57/422445745_0:0:2001:1125_1920x0_80_0_0_153bdf06410beea68f4413a7b509f3a9.jpg
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanda fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortası müəyyən ediləcək.Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən "Turizm haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.Qanun layihəsində qeyd edilib ki, turizm sahəsində lisenziyalaşmanın ləğvindən sonra bazarda qeyri-peşəkar turizm şirkətlərinin sayı artıb, bu isə istehlakçıların aldadılması, turizm məhsulunun təqdim edilməsi üzrə müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməməsi və ya daha aşağı keyfiyyətli xidmətlərin təqdim edilməsi hallarının geniş vüsət almasına səbəb olub.Turoperator və ya turagentlər tərəfindən turizm zərflərinin satışı üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin (risklərin) məcburi qaydada sığortalanması istehlakçılara dəyən zərərin kompensasiya edilməsini təmin edəcək. Bundan əlavə, turizm zərfləri sığorta edilərkən turizm şirkətlərinin mövcud vəziyyətinin təhlil edildiyini, sığortaçılar tərəfindən qeyri-peşəkar, etibarsız şirkətlərin məhsullarının sığortalanmasından imtina ediləcəyini nəzərə alsaq, təklif edilən mexanizmin bazarda sağlam şirkətlərin rəqabət aparmasına şərait yaradacağı proqnozlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42244/57/422445745_74:0:1847:1330_1920x0_80_0_0_6d5e68e6c48060b0c634089c3cc2290f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, sığorta
Turizm zərflərinin satışı üzrə öhdəliklər məcburi qaydada sığortalanacaq
Turoperator və ya turagentlər tərəfindən turizm zərflərinin satışı üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin (risklərin) məcburi qaydada sığortalanması istehlakçılara dəyən zərərin kompensasiya edilməsini təmin edəcək.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanda fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortası müəyyən ediləcək.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən "Turizm haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, turizm sahəsində lisenziyalaşmanın ləğvindən sonra bazarda qeyri-peşəkar turizm şirkətlərinin sayı artıb, bu isə istehlakçıların aldadılması, turizm məhsulunun təqdim edilməsi üzrə müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməməsi və ya daha aşağı keyfiyyətli xidmətlərin təqdim edilməsi hallarının geniş vüsət almasına səbəb olub.
Turoperator və ya turagentlər tərəfindən turizm zərflərinin satışı üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin (risklərin) məcburi qaydada sığortalanması istehlakçılara dəyən zərərin kompensasiya edilməsini təmin edəcək. Bundan əlavə, turizm zərfləri sığorta edilərkən turizm şirkətlərinin mövcud vəziyyətinin təhlil edildiyini, sığortaçılar tərəfindən qeyri-peşəkar, etibarsız şirkətlərin məhsullarının sığortalanmasından imtina ediləcəyini nəzərə alsaq, təklif edilən mexanizmin bazarda sağlam şirkətlərin rəqabət aparmasına şərait yaradacağı proqnozlaşdırılır.