Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qarabağ bülbülləri"nin solisti vəfat edib

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
BAKI, 3 oktyabr - Sputnik. Bir vaxtlar "Qarabağ bülbülləri"nin solisti olmuş İzahat Cəfərov 59 yaşında vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya mərhumun qohumları məlumat veriblər.
Qeyd edək ki, "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.
1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib. Bu filmdə "Qarabağ bülbülləri"nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.
Allah rəhmət eləsin!
Xəbər lenti
0