DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Əliyevlə görüşməyə hazırdır

© Photolure via REUTERSErmənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
BAKI, 3 oktyabr - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşməyə hazlır olduğunu bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Armenpress" dövlət agentliyi məlumat yayıb.
Azərbaycanın dövlət başçısı İspaniyanın EFE agentliyinə müsahibəsində qeyd etmişdi ki, əgər erməni tərəfi hazır olarsa, Paşinyanla görüşə bilər.
"Azərbaycan Prezidenti bəyan etdi ki, mənimlə görüşməyə hazırdır. Hələ iyulda demişdim ki, yüksək və ali mərtəbələrdə görüşlərə hazırıq, yəni bu o demək idi ki, xarici işlər nazirləri və baş nazir-prezident görüşlərinə", - Vilnyusda erməni icmasının nümayəndələri ilə görüşündə Paşinyan deyib.
O, BMT Baş Assambleyasında yaxınlarda çıxış etdiyini və Minsk qrupu həmsədrlərinin bu məsələ ilə bağlı bəyanatını (Qarabağ üzrə) dəstəklədiyini vurğulayıb.
Xankəndi şəhəri - Sputnik Azərbaycan, 1920, 02.10.2021
QARABAĞ
Dövlət başçısı Qarabağın statusu barədə: "Hər kəs bu məsələni unutmalıdır"
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı. Oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Xəbər lenti
0