https://sputnik.az/20211003/ndiki-uaqlar-crtdan-nal-il-aldatmaq-olmaz---sovet-cizgi-filmlrinin-rejissoru-433822333.html
İndiki uşaqları "Cırtdan" nağılı ilə aldatmaq olmaz - Sovet cizgi filmlərinin rejissoru
İndiki uşaqları "Cırtdan" nağılı ilə aldatmaq olmaz - Sovet cizgi filmlərinin rejissoru
Sputnik Azərbaycan
BAKI, 3 oktyabr — Sputnik. Sovet dönəminin uşaqları onun çəkdiyi filmlərlə böyüyüb. Azərbaycan cizgi filmi deyiləndə onun çəkdiyi cizgi filmləri yada düşür... 03.10.2021, Sputnik Azərbaycan
2021-10-03T10:40+0400
2021-10-03T10:40+0400
2021-10-03T10:49+0400
nağıl
cizgi filmi
cırtdanın nağılı
cırtdan
mədəniyyət nazirliyi
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426050473_0:0:3078:1731_1920x0_80_0_0_74ced3b8bb262883ec637a3b266ea0cf.jpg
BAKI, 3 oktyabr — Sputnik. Sovet dönəminin uşaqları onun çəkdiyi filmlərlə böyüyüb. Azərbaycan cizgi filmi deyiləndə onun çəkdiyi cizgi filmləri yada düşür. Söhbət Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdan gedir.Ötən əsrin 60-ci illərindən başlayaraq sevə-sevə bu sənəti yaşadan sənətkar Sputnik Azərbaycan-a müsahibəsində bu gün Azərbaycanda cizgi filmlərinin yox səviyyəsində olduğunu deyib. Bunun çox acı nəticələri olacağının vurğulayan həmsöhbətimiz bildirir ki, cizgi filmləri hər bir uşağın tərbiyəsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan ailəsində böyüyən uşaqların böyük bir qismi türk, bəzisi isə rus və ingilis dilində olan cizgi filmlərinə baxır: "Elə bu səbəbdəndir ki, bu gün bəzi körpələr öz ana dillərində danışmaqda çətinlik çəkirlər. Həmin cizgi filmləri təkcə dil problemi yaratmır, həm də onlarda aqressiyaya yol açır. Sovet dönəmlərində çəkilmiş cizgi filmlərini çıxsaq, son illər ölkəmizdə çox az sayda cizgi filmləri lentə alınır".Axundov bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə və Mədəniyyət Nazirliyinə müraciət edib. Amma bunun nəticəsini hələ ki, görməyib: "Mən dəfələrlə demişəm, nazirliklərə müraciət eləmişəm ki, gərək biz animasiya filmlərini bərpa edək. Görünən odur ki, bu sahə heç kimi narahat etmir. O vaxtlar Məsud Pənahi ilə işləyəndə 40-50 nəfər rəssamla işləyirdik. İndi isə klassik animasiyanı bilən heç kim qalmayıb".2004-cü ildə layihə hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etdiyini deyən rejissorun müraciəti indiyə qədər cavabsız qalıb: "Onlara dedim ki, mənə 20 nəfər tələbə yetişdirmək üçün yardım edin. Həmin 20 nəfər tələbəni yetişdirdən sonra tammetrajlı animasiya filmləri, silsilə animasiya filmləri çəkə bilərdik. O 20 nəfər də bir- biri ilə rəqabətə girəcək və inkişaf edəcəkdilər. Rəqabət olan yerdə də həmişə inkişaf olur. Heç biri olmadı"."Aslan və iki öküz", "Ayı və siçan", "Bulud niyə ağlayır?", "Cırtdan", "Cırtdan və div", "Cücələrim", "Güzgü", "Humayın yuxusu" kimi cizgi filmlərinin müəllifi bildirir ki, qonşu ölkələrdə bu sahə bizə nisbətən çox inkişaf edib:"Baxın Gürcüstana, həm əhali, həm də ərazi baxımından bizdən balacadır. Amma orada 19 animasiya mərkəzi var. Ermənistan da bu sahədə çox inkişaf edib, tammetrajlı animasiya filmləri çəkirlər. Hələ digər ölkələri – Rusiyanı, Türkiyəni, Özbəkistanı demirəm".Həmsöhbətimiz təəssüflə qeyd edir ki, bizdə bu sahəni çox kiçildirlər. Lazımsız bir sahə kimi düşünürlər. Amma, bu sahənin inkişafı labüddür: "Burada itirən uşaqlardır. Burada təkcə dilimiz yox, mənəvi dəyərlərimiz də itib batır. Biz folklorumuzu, tariximizi, adət-ənənələrimizi cizgi filmləri vasitəsilə uşaqlara çatdıra bilərik. Xarici cizgi filmlərinin böyük əksəriyyəti uşaqların həm tərbiyyəsinə, həm də psixologiyasına mənfi təsir edir. Çünki, o cizgi filmlər kommerisiya xarekteri daşıyır".Animasiya rejissoru "indiki uşaqları "Cırtdan"la, "Tıq-tıq xanım"la aldatmaq olmaz", deyir. Əlavə edir ki, indiki uşaqlara həmin cizgi filmlərini göstərsək, onlar buna inanmayacaqlar. Elə ona görə də gərək mövzular müasir olsun, çağdaş dövrümüzün uşaqlarının diqqətini cəlb etsin:"Əvvəllər uşaqlar üçün senari yazan ssenaristlər var idi. İndi heç kəs yazmır. Bu ilin əvvəlində "Böyük qayıdış" adlı piçinq keçirildi. Münasiflər heyətində mən də var idim. 8 ssenaridən hamısı boş-boş cəfəngiyyat idi. İkinci Dünya Müharibəsindən sonra cizgi filmləri çəkilirdi. Orada faşistləri gicbəsər kimi göstərirdilər. Eynən bu piçinqdə də bizim ssenaristlərimiz bu üsula əl atıb".Rejissor hesab edir ki, düşməni zəif, axmaq göstərməyə ehtiyac yoxdur. Gərək düşməni güclü göstərəsən. "İndiki uşaqlar daha ağıllıdırlar. Deyəcəklər ki, onsuz da düşmən zəif idi də, ona qalib gəlməyə nə var? Sözümün canı odur ki, həmin cizgi filmlərində dramaturgiya yox idi", - deyə Elçin Hami Axundov fikirlərini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426050473_349:0:3078:2047_1920x0_80_0_0_e3c00d1c9ad1b3062612a0a56817d326.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nağıl, cizgi filmi, cırtdanın nağılı, cırtdan, mədəniyyət nazirliyi
nağıl, cizgi filmi, cırtdanın nağılı, cırtdan, mədəniyyət nazirliyi
BAKI, 3 oktyabr — Sputnik. Sovet dönəminin uşaqları onun çəkdiyi filmlərlə böyüyüb. Azərbaycan cizgi filmi deyiləndə onun çəkdiyi cizgi filmləri yada düşür. Söhbət Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdan gedir.
Ötən əsrin 60-ci illərindən başlayaraq sevə-sevə bu sənəti yaşadan sənətkar Sputnik Azərbaycan-a müsahibəsində bu gün Azərbaycanda cizgi filmlərinin yox səviyyəsində olduğunu deyib. Bunun çox acı nəticələri olacağının vurğulayan həmsöhbətimiz bildirir ki, cizgi filmləri hər bir uşağın tərbiyəsində əhəmiyyətli rol oynayır.
Bu gün Azərbaycan ailəsində böyüyən uşaqların böyük bir qismi türk, bəzisi isə rus və ingilis dilində olan cizgi filmlərinə baxır: "Elə bu səbəbdəndir ki, bu gün bəzi körpələr öz ana dillərində danışmaqda çətinlik çəkirlər. Həmin cizgi filmləri təkcə dil problemi yaratmır, həm də onlarda aqressiyaya yol açır. Sovet dönəmlərində çəkilmiş cizgi filmlərini çıxsaq, son illər ölkəmizdə çox az sayda cizgi filmləri lentə alınır".
Axundov bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə və Mədəniyyət Nazirliyinə müraciət edib. Amma bunun nəticəsini hələ ki, görməyib:
"Mən dəfələrlə demişəm, nazirliklərə müraciət eləmişəm ki, gərək biz animasiya filmlərini bərpa edək. Görünən odur ki, bu sahə heç kimi narahat etmir. O vaxtlar Məsud Pənahi ilə işləyəndə 40-50 nəfər rəssamla işləyirdik. İndi isə klassik animasiyanı bilən heç kim qalmayıb".
2004-cü ildə layihə hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etdiyini deyən rejissorun müraciəti indiyə qədər cavabsız qalıb:
"Onlara dedim ki, mənə 20 nəfər tələbə yetişdirmək üçün yardım edin. Həmin 20 nəfər tələbəni yetişdirdən sonra tammetrajlı animasiya filmləri, silsilə animasiya filmləri çəkə bilərdik. O 20 nəfər də bir- biri ilə rəqabətə girəcək və inkişaf edəcəkdilər. Rəqabət olan yerdə də həmişə inkişaf olur. Heç biri olmadı".
"Aslan və iki öküz", "Ayı və siçan", "Bulud niyə ağlayır?", "Cırtdan", "Cırtdan və div", "Cücələrim", "Güzgü", "Humayın yuxusu" kimi cizgi filmlərinin müəllifi bildirir ki, qonşu ölkələrdə bu sahə bizə nisbətən çox inkişaf edib:
"Baxın Gürcüstana, həm əhali, həm də ərazi baxımından bizdən balacadır. Amma orada 19 animasiya mərkəzi var. Ermənistan da bu sahədə çox inkişaf edib, tammetrajlı animasiya filmləri çəkirlər. Hələ digər ölkələri – Rusiyanı, Türkiyəni, Özbəkistanı demirəm".
Həmsöhbətimiz təəssüflə qeyd edir ki, bizdə bu sahəni çox kiçildirlər. Lazımsız bir sahə kimi düşünürlər. Amma, bu sahənin inkişafı labüddür:
"Burada itirən uşaqlardır. Burada təkcə dilimiz yox, mənəvi dəyərlərimiz də itib batır. Biz folklorumuzu, tariximizi, adət-ənənələrimizi cizgi filmləri vasitəsilə uşaqlara çatdıra bilərik. Xarici cizgi filmlərinin böyük əksəriyyəti uşaqların həm tərbiyyəsinə, həm də psixologiyasına mənfi təsir edir. Çünki, o cizgi filmlər kommerisiya xarekteri daşıyır".
Animasiya rejissoru "indiki uşaqları "Cırtdan"la, "Tıq-tıq xanım"la aldatmaq olmaz", deyir. Əlavə edir ki, indiki uşaqlara həmin cizgi filmlərini göstərsək, onlar buna inanmayacaqlar. Elə ona görə də gərək mövzular müasir olsun, çağdaş dövrümüzün uşaqlarının diqqətini cəlb etsin:
"Əvvəllər uşaqlar üçün senari yazan ssenaristlər var idi. İndi heç kəs yazmır. Bu ilin əvvəlində "Böyük qayıdış" adlı piçinq keçirildi. Münasiflər heyətində mən də var idim. 8 ssenaridən hamısı boş-boş cəfəngiyyat idi. İkinci Dünya Müharibəsindən sonra cizgi filmləri çəkilirdi. Orada faşistləri gicbəsər kimi göstərirdilər. Eynən bu piçinqdə də bizim ssenaristlərimiz bu üsula əl atıb".
Rejissor hesab edir ki, düşməni zəif, axmaq göstərməyə ehtiyac yoxdur. Gərək düşməni güclü göstərəsən.
"İndiki uşaqlar daha ağıllıdırlar. Deyəcəklər ki, onsuz da düşmən zəif idi də, ona qalib gəlməyə nə var? Sözümün canı odur ki, həmin cizgi filmlərində dramaturgiya yox idi", - deyə Elçin Hami Axundov fikirlərini tamamlayıb.