Kitab və məktəbin real rəqibləri: Beş min manata noutbuk və hələ qiyməti qalxacaq
09:30 03.10.2021 (Yenilənib: 16:48 03.10.2021)
© Sputnik / Nigar IskanderovaElektron malların satışı mağazasında
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Elektron cihazların qiyməti od tutub yanır, amma alıcılar onları almaqda israrlıdırlar. Gələn aydan isə qiymətlər daha da qalxacaq.
BAKI, 03 sentyabr — Sputnik. 2020-ci ilin mart ayından etibarən Azərbaycanda ilk dəfə distant təhsilə keçid oldu. Bir müddət sonra isə dərslər hibrid formasında təşkil olundu. Dərslərin distant və hibrid formada təşkili məktəbli geyim bazarına mənfi təsir etsə də, elektron mallar bazarında canlanma yaratdı. Lakin Nazirlər Kabinetinin qərarı ilə cari ildə məktəblərdə əyani tədris bərpa olundu. Maraqlıdır, dərslərin yenidən əyani formada təşkilinin elektron mallar bazarına təsiri necə olub?
Sputnik Azərbaycan elektron mallar mağazasındakı cari qiymətləri öyrənib.
Elektron mallar satan mağazaların satıcıları alıcı qıtlığından şikayətçi deyillər.
© Sputnik / Nigar IskanderovaElektron malların satışı mağazasında
Elektron malların satışı mağazasında
© Sputnik / Nigar Iskanderova
Ötən il məktəbli səbətinin əsas tərkib hissəsindən biri olan noutbukların qiymətləri modellərindən asılı olaraq dəyişir - ən ucuz olanların qiyməti 1 200 - 1 500 manat arasıdır. Satışda olan noutbuklar arasında qiyməti 2 000 - 3 000 manat arasında olanlar üstünlük təşkil edir. Ən bahalı noutbukun qiyməti isə nə az, nə çox 4 min 479 manatdır.
Satıcılar hazırda notbuklara heç bir endirimin olmadığını və yaxın zamanlarda da hansısa aksiyanın gözlənilmədiyini deyirlər. Modellərə gəldikdə isə hazırda satışda ən yüksək qiymətə olan "Lenovo" markalı noutbuklardır. "HP" modellərin də qiyməti aşağı deyil - 3 400-3 700 manat arasında tərəddüd edir. Satıcılar deyir ki, yalnız nağd satış olduqda qiymətdə müəyyən qədər endirim edə bilərlər.
© Sputnik / Nigar IskanderovaElektron malların satışı mağazasında
Elektron malların satışı mağazasında
© Sputnik / Nigar Iskanderova
Alıcılar isə qiymətlər yüksək olduğu və hansısa aksiya olmadığı üçün mağazanı əliboş tərk etmək məcburiyyətində qaldıqlarını bildirirlər.
Smart telefonlara gəlincə, onların ən ucuzu 269 manatdır. Həmişəki kimi bazarda ən bahalı telefon "İphone" hesab edilir.
Planşetlərə gəldikdə isə ən müxtəlif qiymətə onları almaq mümkündür. Ən ucuz planşetin qiyməti 169 manatdırsa, ən bahalı planşetin - iPad Pro 12.9-un qiyməti 3 700 manatdır.
© Sputnik / Nigar IskanderovaElektron malların satışı mağazasında
Elektron malların satışı mağazasında
© Sputnik / Nigar Iskanderova
Bəzi satıcılar gələn aydan etibarən qiymətlərin daha da artacağını proqnozlaşdırırlar. Qiymətlər yüksək olsa da, müşahidələrimizə əsasən alıcı qıtlığının olduğunu deyə bilərik.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin cari ayda açıqladığı məlumata görə, 2021-ci ilin avqustunda əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşan məhsullar sırasında mobil telefonlar da var.