https://sputnik.az/20211003/gurcustan-muxalifeti-seckinin-ikinci-turuna-hazirlashir-433834366.html
Gürcüstan müxalifəti seçkinin ikinci turuna hazırlaşır
Gürcüstan müxalifəti seçkinin ikinci turuna hazırlaşır
Sputnik Azərbaycan
Proporsional sistemlə keçirilən seçkidə, ilkin məlumatlara görə, müxalifət 11 şəhərdə liderdir. 03.10.2021, Sputnik Azərbaycan
2021-10-03T11:35+0400
2021-10-03T11:35+0400
2021-10-03T11:35+0400
dünya xəbərləri
seçki
gürcüstan
müxalif
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426325690_0:0:3067:1725_1920x0_80_0_0_7efaa1ff92df13ffc212a395203cca9f.jpg
BAKI, 3 oktyabr - Sputnik. Seçkinin ikinci turunda müxalifət daha mobil və yekdil olacaq. Sputnik Gürcüstan bildirir ki, bunu iri müxalifət təşkilatı olan "Vahid Milli Hərəkat"ın liderlərindən biri Giya Baramidze "Formula" TV-yə müsahibəsində deyib.Onun sözlərinə görə, indi hamının bir məqsədi var və ayrı-ayrı partiya maraqları ikinci plana keçib."Referendumun ikinci turunda müxalifət spektri daha yekdil olacaq. Biz bütün partiyalara əməkdaşlıq üçün əlimizi uzadırıq. İndi məsələ məhz hansı partiyanın qalib gəlməsində deyil", - Baramidzde deyib.O qeyd edib ki, növbədənkənar parlament seçkisinin keçirilməsini müxalifət yalnız yerli orqanlara seçki bitəndən sonra tələb edəcək.İlkin nəticələrə görə, "Vahid Milli Hərəkat" yerli məsləhət orqanlarına proporsional seçkidə 11 şəhərdə - Batumi, Zuqdidi, Tsalencix, Tsxaltubo, Dmanisi, Qardabani, Rustavi, Telavi, Xulo, Senaki və Axmetada - liderdir.Oktyabrın 2-də Gürcüstanda yerli idarəetmə orqanlarına seçki keçirilib. Vətəndaşlar 64 şəhər və bələdiyyənin merini, eləcə də rayon şuralarının (sakrebulo) 1388 deputatını seçiblər.Siyasi ekspert Giya Xuxaşvili isə "Gürcü arzusu"nun Tbilisidə nəzarəti əldən verdiyini yazıb. Paytaxtda yerli seçkinin nəticələrini şərh edən Xuxaşvili qeyd edib ki, Tbilisidə uduzmaq hakim partiyanın proporsional seçkini də əldən verəcəyi anlamına gəlir.Onun fikrincə, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin "tryuku" "Milli hərəkat"a deyil, ümumilikdə müxalifətə zərər verdi. "Saakaşvilinin tryuku müxalifətə ("Milli Hərəkat"a deyil) ciddi zərbə vurdu, onun ümumi nəticəsi 5-7% artıq ola bilərdi. Bu ona görə baş verdi ki, Saakaşvilinin elan etdiyi səfərbərlik avtomatik olaraq ikinci, daha böyük qütbün formalaşmasına təkan verdi", - Xuxaşvili Facebook-da yazıb.Ancaq siyasətçi qeyd edir ki, hakim partiya əsas məsələnin öhdəsindən gələ bilib - Şarl Mişellə 43%-lik razılaşma və növbədənkənar parlament seçkisi aktuallığını itirdi.
https://sputnik.az/20211001/mixeil-saakashvilini-gurcustanda-saxladilar-433808641.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426325690_0:0:2729:2047_1920x0_80_0_0_50bea747029bb0b4cc82742c1b5873ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, gürcüstan, müxalif
seçki, gürcüstan, müxalif
Gürcüstan müxalifəti seçkinin ikinci turuna hazırlaşır
Proporsional sistemlə keçirilən seçkidə, ilkin məlumatlara görə, müxalifət 11 şəhərdə liderdir.
BAKI, 3 oktyabr - Sputnik. Seçkinin ikinci turunda müxalifət daha mobil və yekdil olacaq.
Sputnik Gürcüstan bildirir ki, bunu iri müxalifət təşkilatı olan "Vahid Milli Hərəkat"ın liderlərindən biri
Giya Baramidze "Formula" TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, indi hamının bir məqsədi var və ayrı-ayrı partiya maraqları ikinci plana keçib.
"Referendumun ikinci turunda müxalifət spektri daha yekdil olacaq. Biz bütün partiyalara əməkdaşlıq üçün əlimizi uzadırıq. İndi məsələ məhz hansı partiyanın qalib gəlməsində deyil", - Baramidzde deyib.
O qeyd edib ki, növbədənkənar parlament seçkisinin keçirilməsini müxalifət yalnız yerli orqanlara seçki bitəndən sonra tələb edəcək.
İlkin nəticələrə görə, "Vahid Milli Hərəkat" yerli məsləhət orqanlarına proporsional seçkidə 11 şəhərdə - Batumi, Zuqdidi, Tsalencix, Tsxaltubo, Dmanisi, Qardabani, Rustavi, Telavi, Xulo, Senaki və Axmetada - liderdir.
Oktyabrın 2-də Gürcüstanda yerli idarəetmə orqanlarına seçki keçirilib. Vətəndaşlar 64 şəhər və bələdiyyənin merini, eləcə də rayon şuralarının (sakrebulo) 1388 deputatını seçiblər.
Siyasi ekspert Giya Xuxaşvili isə "Gürcü arzusu"nun Tbilisidə nəzarəti əldən verdiyini yazıb. Paytaxtda yerli seçkinin nəticələrini şərh edən Xuxaşvili qeyd edib ki, Tbilisidə uduzmaq hakim partiyanın proporsional seçkini də əldən verəcəyi anlamına gəlir.
Onun fikrincə, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin "tryuku" "Milli hərəkat"a deyil, ümumilikdə müxalifətə zərər verdi.
"Saakaşvilinin tryuku müxalifətə ("Milli Hərəkat"a deyil) ciddi zərbə vurdu, onun ümumi nəticəsi 5-7% artıq ola bilərdi. Bu ona görə baş verdi ki, Saakaşvilinin elan etdiyi səfərbərlik avtomatik olaraq ikinci, daha böyük qütbün formalaşmasına təkan verdi", - Xuxaşvili Facebook-da yazıb.
Ancaq siyasətçi qeyd edir ki, hakim partiya əsas məsələnin öhdəsindən gələ bilib - Şarl Mişellə 43%-lik razılaşma və növbədənkənar parlament seçkisi aktuallığını itirdi.